SON DƏQİQƏ: AZAL Ermənistan üzərindən uçuşlara BAŞLADI

06, 10, 21
21:00

SON DƏQİQƏ: AZAL Ermənistan üzərindən uçuşlara BAŞLADI


Bu gündən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə AZAL-a istinadən xəbər verir.

"Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər", - deyə aviaşirkət bəyan edib.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın