"Mərcan Broyler" də işçiləri KİM İNCİDİR? - "Çörəklə imtahana çəkilirik"

16, 07, 21
15:00

"Mərcan Broyler" də işçiləri KİM İNCİDİR? - "Çörəklə imtahana çəkilirik"


"Mərcan Broyler" MMC-nin işçiləri tərəfindən ölkə rəhbərliyinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Biz bu müraciətin müəllifləri olan vətəndaşların əmək hüquqlarımız pozulub qanunsuz olaraq işlə, çörəklə imtahana çəkilirik.

Belə ki, biz Ucar rayon ərazisində olan "Mərcan Broyler" MMC-də müəyyən müddətdir ki, nəzarətçi vəzifəsində işləyirik.

Rəhbərlik bizə xəbərdarlıq edib ki, müddəti bitdikdə sizinlə təkrar əmək müqavilə bağlanmayacaq.Artıq 2 nəfər buna görə işsiz qalıb. Biz bunun səbəbini soruşduqda izahı belə verilir ki, ixtisar var.Ancaq heç bir iş ixtisarı yoxdur.Çünki hazırda əmək müqaviləsi bağlanılıb yeni şəxsləri işə qəbul edirlər.

Əslində isə heç bir qanunu əsas olmadan bizi işdən çıxarmağı hansısa vəzifəli şəxs qarşısına məqsəd qoyub.


Belə ki, təxminən bir ay öncə Mərcan Broylerdə soyducunun üzərində çəkisi 3 kq olan mis boru yoxa çıxdı.Buna görə rəhbərlik bizə bildirdi ki, bu sizin üçün ciddi nöqsandır işdən çıxarılacaqsınız.Biz etiraz edib bildirdik ki, ərazidə olan müşahidə kameralarına baxılsın həmin mis boru kimin tərəfindən götürülməsi müəyyən olunsun və hüquq mühafizə orqanları trəfəindən qanunu tədbirlər görülsün.Ancaq rəhbərlik bunu etmədi.
Bizə məlum oldu ki, bunuda rəhbərlik özü şəxsən edib ki, buna əsasən bizi işdən çıxarsın.

Bundan sonra rəhbərlik bizi çağırıb xəbərdarlıq etdi ki, əmək müqavilınizin vaxtına az qalıb sizinlə yenidən əmək müqaviləsi bağlanmayacaq.

Biz bunu ədalətsizlik və qanunsuzluq hesab edirirk.Çünki "Mərcan Broyler" MMC -də işlədiyimiz müddətdə heç bir nöqsana yol verməmişik, rəhbərliklə və kollektivlə mehriban münasibətdə olmuşuq, verilən tapşırıqları layiqincə yerinə yetirmişik.

"Mərcan Broyler" MMC-nin rəhbrliyi bizə bildirir ki, sizinlə əmək müqaviləsinin təkrar bağlanmamasına tapşırığı baş idarə verib.


Buna görə biz mətbuat vasitəsi ilə sizə müraciət etməyi qərara aldıq.

Bu müraciəti imzalayan Zamanov Seymur Məhərrəm oğlu 8 ildir "Mərcan Broyler" MMC-də nöqsansız işləyir əmək müqaviləsinin müddəti 25 iyul 2021-ci ildə qurtarır himayəsində 2 uşağı var.Bacısı oğlu Cabbarov Oruc Akif oğlu vətən müharibəsində şəhid olub.

Qədirov Yasin Qədir oğlu 1 il 8 aydır ki, işləyir əmək müqaviləsinin müddəti bu ayın sonunda başa çatır himayəsində 2 uşağı var,

Hüseynov Ağahüseyn Ağahüseyn oğlu 3 ildir işləyir əmək müqavilısinin müddəti sentyabr ayında qurtarır himayəsində 2 uşağı var.

İsmayılov Kamran Etibar oğlu 3 ildir işləyir əmək müqaviləsinin müddəti 24 avqustda tamam olur himayəsində 2 uşağı var.

Qədirov Mansur Səfiqulu oğlunun əmək müqavilısinin müddəti 26 avqustda qurtarır himayəsində 2 azyaşlı uşağı var.

Həsənov Mikayıl İsrayıl oğlu 1 il 4 aydır işləyir himayəsində 1 azyaşlı uşağı var.

Əhədli Muxtar Şakir oğlunun əmək müqavilısinin müddəti 14.07.2021-ci il tarixdə bitdiyi üçün onunla yenidən müavilə bağlanılmadı.İndi hazırda işsiz qalıb ancaq onun əvəzinə başqa şəxsə əmək müqaviləsi bağlanılmışdır.Əmisi Məmmədov Fikrət Əhəd oğlu 1-ci Qarabağ müharibəsində şəhid olub.

Nəsirov Yadigar İlqar oğlununda müddəti bitsədə onunla yenidən əmək müqaviləsi bağlanılmadı onun əvəzinə başqa şəxs işə qəbul ediblər.Himayəsində 1 azyaşlı uşağı var.Biz bilirk ki, belə qanunsuzluqlardan prezident cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın xəbəri yoxdur.

Çünki çoxlusayda ailə başçısının işindən etmək çörəksiz qoymaq ciddi qanunsuzluqdur özbaşınalıqdır.

Bizim himayəmizdə azyaşlı uşaqlarımız var, ailədə bizdən başqa işləyib evə çörək gətirən yoxdur.

"Mərcan Broyler" MMC-nin rəhbərliyinin bu addımı çoxlusayda ailəni aclıqdan məhv etməkdir.Əgər ixtisar varsa nə üçün yeni işçilərlə əmək müqaviləsi bağlanılır ? Yox əgər yoxa çıxarılmış 3 kq mis boruya görə edilirsə bunu müşahidə kameralarına baxıb müəyyən etsinlər.

Hansısa bizə məlum olmayan səbəblərə görə bizimlə təkrar əmək müqaviləsi bağlamaq istəmirlərsə açıb desinlər biz onlarla razılaşaq başımıza çarə tapaq.

Onların bu qanuna zidd hərəkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozur hüquqlarımızı tapdayır.

Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirik bizim işdən çıxarılmağımızın qarşısını alıb təkrar əmək müqavilısi bağlanılması üçün "Mərcan Broyler" MMC-nin rəhbərliyinə göstəriş verəsiniz.Bizim bir ümüd yerimiz Sizsiniz , xahiş edirik müraciətimizi obyektiv araşdırıb bizə köməklik göstərəsiniz.

İmza; "Mərcan Broyler" MMC-nin əməkdaşları

1. Zamanov Seymur Məhərrəm oğlu Yevlax rayonu Nərimanaba kənd sakini Əlaqə telefonu; 051 300-93-56

2.Qədirov Yasin Qədir oğlu Ucar rayonu Məlikballı kənd sakini Əlaqə telefonu; 050 253-30-93

3.Hüseynov Ağahüseyn Ağahüseyn oğlu Ucar şəhəri Nəsimi küçəsi ev 15, Əlaqə telefonu; 051 353-30-00.

4.İsmayılov Kamran Etibar oğlu Ucar şəhəri R.Rza küçəsi ev 14 Əlaqə telefonu; 051 652-75-62

5.Qədirov Mansur Səfiqulu oğlunun Ucar rayonu Alpout kəndi Əlaqə telefonu; 050 326-23-72

6.Həsənov Mikayıl İsrayıl oğlu Ucar rayonu Alpout kəndi Əlaqə telefonu; 050 514-97-16

7.Əhədli Muxtar Şakir oğlu Yevlax rayonu Nərimanabad kəndi Əlaqə telefonu; 055 377-46-07

8.Nəsirov Yadigar İlqar oğlu Yevlax şəhər Q.Quliyev küçəsi bina 7 mənzil 8 Əlaqə telefonu; 077 330-35-85"

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... (Dia.az)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın