sitename

Ramiz Mehdiyevin bankı zərərdən qurtula bilmir


"Bank BTB" 2020-ci ilin birinci yarısının 107 min manat məbləğində zərərlə başa vurub. Əvvəlki illərin xalis zərərini (5.8 milyon manat) nəzərə alsaq, bank 5.9 milyon manat ziyandadır.
 
Azerbaycanrealligi.com xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, 30 iyun 2020-ci il tarixinə bankın aktivləri 360.2 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 91.4 milyon manat artımdan xəbər verir. Xalis kredit portfeli təxminən 79 milyon manat artaraq 209.9 milyon manata çatıb.

Maliyyə göstəricilərini təhlil edəndə məlum olur ki, 214.4 milyon manat olan ümumi kredit portfelinin 12.4%-i və ya 26.6 milyon manatı təminatsızdır ki, bunun 11.6 milyon manatı biznes, 14.6 milyon manatı istehlak kreditlərinin payına düşür.

Yeri gəlmişkən, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 milyon manatdan artıq ehtiyat yaratmağa məcbur olub.

Bankın depozit portfeli ilin əvvəlindən 44 milyon manat artaraq 134.4 milyon manata çatıb.

Bankın nizamnamə kapitalı 66.45 milyon manat olaraq qalıb, məcmu kapitalı (requlyativ norma - 50 milyon manat) isə 62.1 milyon manat.

Qeyd: "Bank BTB" ASC-nin səhmdarları barədə açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. N.Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. 

Azerbaycanrealligi.com 
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 743
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 580
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 296
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 1 175
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar