“SOCAR” prezidenti Rövnəq Abdullayevin sirli yüksəlişi…

19, 10, 19
12:55

“SOCAR” prezidenti Rövnəq Abdullayevin sirli yüksəlişi…


Çoxları Rövnəq Abdullayevin yüksəlişini keçmiş deputat olan millət vəkili Fəzail Ağamalı ilə parlamentdə yumruqlaşması ilə yadda qalmış, hal-hazırda həbsxana həyatı yaşayan keçmiş deputat Hüseyn Abdullayevə şoferlik elədiyi dövrlərə bağlayır. O zaman Rövnəq müəllim köhnə “Vaz 21 011” markalı avtomobili ilə çoxlarının xatirəsində qalmışdı. Lakin işin həqiqi mahiyyətindən heç kəsin xəbəri yoxdur.

Rövnəq Abdullayev ali təhsilin bitirdikdən sonra “ SOCAR”ın keşmiş ARDNŞ-in XDNQT tresti İMİ-də qarajda mexanik vəzifəsinə təyinat alır. Qeyd edirəm ki, Rövnəq Abdullayev Azərbaycanın İnşaat Mühəndisləri Universitetindən yarımçıq xaric edilmişdi. Sonradan o pul vəsaiti hesabına Moskva Kuybişev adına İnşaat Mühəndisləri İnstitutuna transfer alıb orada təhsilini birtəhər bitirib. Kuybişev adına İnstitutu bitirdikdən sonra təyinatla təmin edilmişdir. Bu təyinatı almasında ona anası Gültac müəllimə kömək edir. Çünki Gültac müəllimə bir zamanlar Prezident İlham Əliyevin müəlliməsi olmuşdur. Bu əlaqədən istifadə edərək hakim ailəyə xod əldə edib bütün bunları təmin etməyə nail olmuşdur.

O zamanlar İlham Əliyev neft şirkətinə özünə yaxın adamları yerləşdirməyə başlamışdı. Rövnəq Abdullayev üzərindəki layihədə məhz o zamandan gündəmə gəlmişdi. O etimadı doğruldacağı təqdirdə “SOCAR” prezidentliyinə yüksəldiləcəyinə qədər hesablanmış bir layihə məhz onun üzərində qurulmağa başlamışdı.

Bildiyiniz kimi, eks deputat Hüseyn Abdullayevin biznes həyatı SSRİ dağılandan sonra dəmir-metal alveri olub. Sonra bu alveri o silah alverinə qədər yüksəltmiş olub. Biznesinin ilk dönəmində Hüseyn Abdullayevin İlham Əliyevlə yaxın münasibətlərinin olduğu da kimsəyə sirr deyil. Hətta eks deputat Heydər Əliyevin hakimiyyət yolunda onun şilləvuranı timsalında da çıxış eləmişdi. Onu da qeyd edim ki, quska həmin bu dəmir alverindən qabaq Naxçıvanda toyxanalardan şabaş oğurlayan ara uşaqlarının banda rəhbəri imiş.

Bir sözlə, o zaman Rövnəqin ARDNŞ (SOCAR) XDNQT tresti İMİ-də yerləşdirilməsi və Quskayla dostlaşdırılması İlham Əliyevin uzun bir maxinasiya siyasəti olmuşdur. Beləki, İstehsalatı Mexanikləşdirmə İdarəsi çox nəhəng bir neft sənaye istehsalat regionunun təmir tikinti quraşdırma işlərini həyata keçirirdi. Olduqca böyük, geniş, nəzarət mümkün olmayan neft sahələrinə malik idi. Bu neft regionuna dənizdə və quruda həyata keçirilən bütün təmir və tikinti quraşdırma işləri daxil idi. Hansıki o ərazilərdə milyonlarla ton neft məhsullarının istehsalında istifadə edilən dəmir ,metal avadanlıqlar, uzunaraq bitib tükənməyən sahibsiz borular, buruqlar, dəniz sahəsində dəniz dibindəki qurğular, estakadalar və s. var idi ki, bunları da söküb satmaq üçün bu üçlük səmərəli iş həyata keçirə bilərdi və uzun illər maneəsiz keçirdilər. Məhz bu xətlə Rövnəq Abdullayevin yüksəlişi yolunda ilkin baza tədbirləri öz bəhrəsini vermis oldu.

Rövnəq Abdullayev Hüseynin ona verdiyi faydanı qarşılıqsız qoymamışdı. O “SOCAR” prezidenti olandan sonra bəlkə də bir az daha əvvəl Bakının Nizami rayonu hakimiyyət tərəfindən onun ukratorluğuna verilmişdi. Həmin vaxtlarda Rövnəq müəllim siyasətə atılmaq istəyən quskaya ( Hüseyn Abdullayev) məhz bu öz rayonundan deputat mandatı da verdirdi. Eski ortağı kimi bir dairədən özu,birindən də quska deputat oldu.
Sonralar Rövnəq Abdullayev işlədiyi İMİ-nin rəisi oldu. Daha sonra biznesi böyüdərək oradan trest rəisliyinə ucaldıldı. Bu arada Azərsu Prezidenti olan Qorxmaz müəllim də o yolda Rövnəq Abdullayevin yaxın silahdaşlarından birinə çevrilmişdi. Trest rəisi olarkən Rövnəq müəllim onu özünə birinci müavin təyin etmişdi.

Bir sözlə, dəmir metal alverindəki uğurlar, bu sahədəki peşəkarlıq Rövnəqi bu sahədə üzərində iri layihələr hesablanan bir fiqura çevirdi. Daha sonra Rövnəq üzərindəki qara biznes elə böyüyürdü ki, artıq dünya səviyyəsinə qalxırdı. Buna görə Rövnəqin nüfuz dairəsində olan trest böyüyən bazarı təmin etməyə kifayət etmirdi. Onun daha da ucalması vacib şərtə çevrilmişdi.

Bu arada onu da bildirim ki, o zaman ARDNŞ rəhbərliyində vicdanlı səviyyəli insanlar var idi. Böyük zavodların direktorları hörmətli nüfuzlu şəxslər idi. Rövnəqin dağıdıcılıq siyasətindən bu rəhbərlər bezmişdi. Ona görə trestdən sonra böyümək üçün onun yolunda olduqca böyük maneələr var idi. Həmdə Rövnəqin öz şəxsi potensialı da belə iri rəhbərliyə uyğun gəlmirdi.

Bu minvalla, buna baxmayaraq onun yolu bir yerlərdən açılmağa başladı. O ənənəvi biznesində qazandığı etibarı , həm də pərdəarxası ortağının dövlət rəhbərliyinə ucalması onun da yolundakı maneələri aradan qaldırmağa başladı. Rövnəq trestdən AZneftyanacaq NEZ-ə direktor gətirildi. O zaman həmin Zavodun direktoru olan Ramiz müəllim çox nüfuzlu şəxs idi. O, Rövnəqin nəyə qadir olduğunu bildiyinə görə zavodda başladığı ilk dağıdıcı maxinasiyalarını bilib,dözməyib zavoda gəlib, onu tənqid edib, hətta ona dövlətə və millətə vurduğu bu ziyana görə bir şillə də yapışdırmışdı. Sonradan çox çəkmədən Ramiz müəllim ağır xəstəlik keçirib infarkdan dünyasını dəyişmişdi. Qohum əqrəbası onun rəhmətə getməsinə səbəbin məhz Rövnəqə vurduğu şapalaq olduğunu bildirirlər.

Ramiz müəllimin etiraz elədiyi dağıdıcılıq maxinasiyaları isə bunlar idi: 5000 tonluq, 20000 tonluq, 100000 tonluq çənlərin təmirinin saxtalaşdırılması və sayı-hesabı bilinməyən dövlət vəsaitlərinin mənimsənilməsi idi. O zaman zavodda çalışan şəxslərin bildirdiyinə görə 1 ildə bu tip maxinasiyalardan düz 1 milyard manat Rövnəq müəllim mənimsəmə yolu ilə gəlir əldə etmişdir. Zavodda Rövnəqin təmir idarəsinə təyin elədiyi rəis qaynatası Adəm olub. Ümumiyyətlə ,Rövnəq harada çalışıbsa həmin idarədə bütün rəhbər vəzifələrə Naxşıvanda ,kəndində-kəsəyində qalmış ən köntpi qohumlarını belə gətirib yerləşdirmişdi. Bir sözlə, işlədiyi hər idarəni, hər müəssisəni, hər zavodu, hər birliyi ailə müəssisəsinə, tayfa müəssisəsinə çevirmişdir.

Buna nümunə bacanağı Hənifi, bacanağı Tofiqi, qaynatası Adəmi, xalasıoğlu Rəşadı, və s. göstərmək olar ki, hamısı “Socar”da strateji vəzifələrdə oturub.”Socar”ın başından ayağına kimi hamısı onun tayfasından öz tövhəsin almışdır.

Rövnəqin ilk dünya səviyyəli yeyintilərindən biri isə “Bakı-Novorasiyski” neft kəmərinin təmiri zamanı mənimsənilən dövlət vəsaitidir.
Bildiyiniz kimi, Rövnəq Abdullayev “Socar”ı əsasən qohumları vasitəsi ilə tayfa rəhbərliyi ilə idarə edir. Belə ki, Böyük Britaniyanın “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şikəti ilə bağlı təqdim etdyi hesabatdan sonra cəmiyyətdə “Anar Əliyevin kimliyi” ilə bağlı araşdırmalar getdi. Həmin məlumatları diqqətə çatdırırıq:

1. Anar Əliyevin qardaşlarından biri Bədəl Əliyev “SOCAR” Informasiya Texnologiyaları Departamentində (rəis Inayət müəllim, təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllim ) satınalmalar üzrə menecer vəzifəsində çalışır.

2. Anar Əliyevin digər qardaşı Nihad Əliyev “SOCAR”da satış direktorudur.

3. Anar Əliyevin atası Nüsrət Əliyev (Rövnəq Abdullayevin dayısı) Neft Emalı zavodunda Qaz sektorunun müdiridir.

4. Anar Əliyevin əmisi Azad (Rövnəq Abdullayevin digər dayısı ) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir.
5. Azadın oğlu Rəsul “SOCAR”da mühüm vəzifə daşıyır.

6. Anarın xalası oğlanları “Suraxanı OIL” Əməliyyat şirkətinin və “Balaxanıneft”in rəhbərləridir.

7. Anarın əminəvələri Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir.

8. Rövnəq Abdullayevin qaynatası ( həm də doğma əmisidir ) Adəm müəllim “SOCAR”da Demontaj sektorunun rəisidir.

9. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri Idarəsinin rəisidir.

10. Neft Kəmərləri Idarəsinin rəis müvini Fuad müəllim Rövnəq Abdullayevin sinif yoldaşıdır.

11. Rövnəq Abdullayevin, həm də Anarın qohumu Toğrul Seyidov “SOCAR PETROL”un prezidentidir.

12. Rövnəq Abdullayevin bacanağı Mehman “SOCAR”ın Təchizat Departamentinin rəisidir.
Araşdırma zamanı o da məlum olub ki, Anar Əliyev soyadını dəyişərək Əlizadə olub.

Qeyd edək ki, bu siyahıda Rövnəq Abdullayev ARDNŞ-dəki qohunlarının bir hissinin adı yer alıb. ARDNŞ-in Təhlükəsizlik İdarəsində, Bakıda və Sumqayıtda yerləşən zavodlarında rəhbər vəzifələri Rövnəq Abdullayevin qohumları tutur.

Hələ bu harasıdır. Rövnəq Abdullayev aşbaz Hənifə dəniz işlərini həvalə edib. Hansı ki, Hənifin neft sahəsindən qətiyyən anlayışı olmayıb. Adamın ömrü boyu yeməkxanalarda yemək bişirməkdən başqa peşəsi olmayıb.

Haqqında: Rövnəq İbrahim oğlu Abdullayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub.

Rövnəq Abdullayev 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. Sonra oxuya bilmədiyi üçün naməlum səbəbdən xaric olunub. 1983-1985-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olan Rövnəq Abdullayev 1985-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna transfer olunub və 1989-cı ildə həmin institutu bitirib.[

Rövnəq Abdullayev Məlahət Əliyeva ilə ailəlidir, Rəşad adında oğlu, Sevinc adında isə qızı var. Rövnəq Abdullayevin qaynatası və dayası olan Adəm Əliyev Dubayda qeydiyyatda olan "Bahar Enerji" MMC-nin sahiblərindən biridir.

• Sevinc Abdullayeva — 1992-ci il təvəllüdlü Sevinc Abdullayeva ailəlidir, bir qızı var.

• Rəşad Abdullayev — 1994-cü il təvəllüdlü Rəşad Abdullayev İstanbul şəhərində yaşayır və bizneslə məşğuldur. Bildiyiniz kimi ,yaxın zamanlarda məhşur saat əhvalatında saatı əlindən alınan oğlandır.

Rövnəq Abdullayev 1989–1997-ci illərdə "Neft Daşları" Neft-Qaz Çıxarma İdarəsi (NQÇİ) və "28 May" NQÇİ-də, habelə "Xəzərdənizneftqazinşaat" Trestinin inşaat-quraşdırma idarəsində şöbə rəisi, mühəndis və baş mühəndis vəzifələrində çalışıb.

1997-2003-cü illərdə "Xəzərdənizneftqazinşaat" Trestinin müdiri vəzifəsində çalışan Rövnəq Abdullayev 2003-2004-cü illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbəri olub. Zavodun keçmiş direktoru Ramiz müəllim və onun sonrakı dövrlərdə naməlum səbəblərdən dünyasını dəyişməsi də yuxarıda izah elədiyim kimi Rövnəq Abdullayevin və himayədarlarının işi kimi izah edilir.

 2004-cü ildə "Neftçi" Futbol Klubunun Prezidenti seçilən Rövnəq Abdullayev 2005-ci il noyabrın 6-da baş tutan Azərbaycan Milli Məclisinə III çağırış seçimlərə qatılıb. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev seçimdə “qalib” gəldi və Milli Məclisin üzvü oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 10 noyabr 2005-ci il tarixli 1147 nömrəli Sərəncamı ilə Rövnəq Abdullayev ARDNŞ Prezidenti vəzifəsinə təyin edilib. Bu təyinatla o onun üzərində qurulmuş layihənin parlaq nöqtəsinə -pikinə gəldi.
2008-ci il martın 14-də 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilən Rövnəq Abdullayev Neftçi FK-nın Prezidenti vəzifəsindən istefa verdi.

Rövnəq Abdullayev 2010-ci il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə də qatılıb. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev yenə seçimdə “qalib” gəldi.

2012-ci il martın 10-da Rövnəq Abdullayev növbəti dəfə 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilib.

2015-ci il sentyabrın 4-də isə Azərbaycan Cüdo Federasiyasının (ACF) Prezidenti seçilən Rövnəq Abdullayev 2015-ci il noyabrın 1-də baş tutan Azərbaycan Milli Məclisinə V çağırış seçimlərədə qatıldı. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev üçüncü dəfə seçimdə “qalib”i gəlib.

2016-cı il martın 11-də Rövnəq Abdullayev üçüncü dəfə 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilib.
Onu da qeyd edim ki, Rövnəq Abdullayevin maliyyə, yeyinti əməliyyatlarında yerli mediada da müxtəlif araşdırmalar həyata keçirilmişdi. Buna diqqəti çəkən “Hürriyət” qəzetinin araşdırmasını əsas nümunə kimi göstərmək olar. Bu yazını olduğu kimi sizə təqdim edirik:

RÖVNƏQ ABDULLAYEVİN "QARA KASSASI" HAQDA SENSASİON İDDİA 


Anar Əliyevin Azərbaycandan çirkli pulların yuyulmasını təşkil edən, mayın 30-da Riqada qətlə yetirilən Latviyalı bankir Martıniş Bunkusla nə kimi əlaqəsi olub?

Və yaxud çirkli pulların yuyucusu Martıniş Bunkusun qətlində hansı azərbaycanlı "biznesmenlər” günahkar bilinir?
Redaksiyadan: “ SOCAR” prezidenti Rövnəq Abdullayevin yaxın qohumu, "SOCAR Trading SA” şirkətinin rəhbəri Anar Əliyevin barəsində Azərbaycan mətbuatında çox yazılıb. Cəmiyyətimiz onu bu yazılara görə neft milyonçusu tanıyır. Onun yaxın çevrəsi isə A.Əliyevin "səxavətli iş adamı” olduğunu iddia edirlər. Məsələn, dostları onun barəsində deyirlər ki, neft milyonçusu tanımadığı fahişələrə ən bahalı avtomobilləri həddiyyə edəcək qədər "səxavətlidir”. 

Təbii ki, belə bir iş adamını cəmiyyətimizə daha yaxşı tanıtmaqda fayda var. Ən azı ona görə ki, bu adam bahalı fahişələrin hesabına Azərbaycan iş adamlarının nə qədər səxavətli olduğunu Avropaya tanıtmaqla məşğuldur. Odur ki, biz də A.Əliyevin bu "xidmətlərini” nəzərə alıb, bu günkü sayımızdan etibarən onu oxucularımıza daha yaxından tanıtmağa çalışacağıq. Hələlik, mediada onun barəsində yazılanlara diqqət çəkək.

Qeyd etdiyimiz kimi, Anar Əliyev adlı şəxsin kimliyi, qalan fəaliyyəti və xaricdəki biznesi hamını düşündürməkdə davam edir. Gənc bir şəxsin Azərbaycan Dövlət Neft Şirkəti ilə 50- yə yaxın sövdələşmədə iştirak etməsi və dünyanın korrupsiya ilə bağlı araşdırmalar aparan təşkilatların siyahısinda adının ilk sıralarda çəkilməsi təsadüf sayıla və ya yanlış ola bilməzdi.

"SOCAR”ın gözəgörünməz siması və dövlətin milyonlarını yoxa çıxaran korrupsioner şəxsin dünya mediasında da "qəhrəmana” çevrilməsi və manşetlərdə yer alması suallara cavab tapılmasını şərtə çevirir.

Realliq.info yazır ki, Dövlət Neft Şirkəti ilə sazişlərdə adı çəkilən və ölkənin maraqlarına ciddi ziyan vuran şəxsin fəaliyyəti ilə bağlı araşdırmalar aparıb. Bundan sonra saytda dərc olunan yazılarla Anar Əliyevin kimliyinə və onun bu günə qədər necə böyük var-dövlət sahibinə çevrilməsinə aydınlıq gətirməyə çalışıb.

Anar Əliyev kimdir? 

​​​​Sayt ilk öncə qeyd edir ki, bu yazılardan sonra Anar Əliyevin mediada tərəfdarları önə çıxacaq və onun pak, dövlətinə xidmət edən bir biznesmen kimi cəmiyyətə sırımağa çalışacaqlar. Hətta bu yetməmiş kimi şantaj yolunu seçərək maliyyə dəstəkçisi olan şəxsin vətən və millət üçün önəmli sima olduğunu təbliğ edəcəklər. Bu hal təbiidir və Anar Əliyevin qorunma instinqini anlamaq olar. Lakin dövlətin milyonlarının belə şəxslər və ya adlarla mənimsənilməsi kimi cinayətlərin zaman yetişdikcə araşdırılacağına və tədbir görüləcəyinə şübhəmiz yoxdur.

Anar Əliyevin qanunsuz əməllərini ört-basdır etməyə gəlincə, ümid edək ki, ölkədə ayı 150 min manatla maliyyələşən saytların bu qədər pulu necə əldə etməsi də araşdırılmalı mövzudur. “SOCAR”ın, əslində Anar Əliyevin nəzarətində olan "Report” adlı saytın fəaliyyəti bir çox həqiqətləri üzə çıxara bilər. Azərbaycanda bu kimi saytların maliyyə dəstəkçisi olan A.Əliyevin cəmiyyətə və dövlətə hesabat verməsinin zamanı artıq yetişib. Ümid edək ki, dövlətin aidiyyatı qurumları mövzuya ciddi yanaşacaq və talanan milyonların qarşısını almaq üçün tədbirlər görüləcək. Prezidentin korrupsiyaya qarşı mübarizə aparmaq haqqında tapşırıqları Anar Əliyevin maraqlarından öndə getməməli və dövlətdən oğurlanan milyonlar qısa zamanda büdcəyə qaytarılmalıdır...

dövlətin aidiyyatı qurumları mövzuya ciddi yanaşacaq və talanan milyonların qarşısını almaq üçün tədbirlər görüləcək. Prezidentin korrupsiyaya qarşı mübarizə aparmaq haqqında tapşırıqları Anar Əliyevin maraqlarından öndə getməməli və dövlətdən oğurlanan milyonlar qısa zamanda büdcəyə qaytarılmalıdır...

Realliq.info-nun apardığı araşdırmalardan məlum olur ki, "SOCAR Trading SA” şirkəti Anar Əlieyvə məxsusdur və bu şirkət vasitəsi ilə Azərbaycan neftini ikinci əldən sataraq milyonlarla dollar qazanc əldə olunması faktdır.

Bildirək ki, Anar Əliyevin adı uzun müddətdir Azərbaycan neft pullarının xaricdə silinməsi, Rövnəq Abdullayevin biznesini idarə etməsi adı ilə mətbuatın gündəmindədir. Onun Rövnəq Abdulayevin dayısı oğlu olduğu və “SOCAR”da qardaşının, qohumlarının yüksək vəzifə sahibi olduğu deyilir.

Sayta daxil olan məlumatda qeyd olunur ki, Anar Əliyev London şəhərində aldığı mülklərə milyonlarla dollar xərc çəkib. Və bu milyonlar təbii ki, Azərbaycan xalqından oğurlanmış milyonlardır.

"Global Witness” təşkilatının "Anonim Azərbaycan” hesabatı və oğurlanan milyonlar

Hələ bir müddət öncə dünyaca məşhur "Global Witness” təşkilatının "Anonim Azərbaycan” hesabatında adı hallanan Anar Əliyev olduğunu bildirən şəxsin bəyanatında onun haqqındakı iddialar "tamamilə əsassız” adlandırılıb.

Təşkilatın hesabatında cənab Əliyevə məxsus olduğu deyilən UGE (Union Grand Energy) saytında yerləşdirimiş və onun adından yazıldığı bildirilən bəyanatda həmçinin deyilir ki, ARDNŞ Prezidenti Rövnəq Abdullayevlə qohumluq əlaqələri yoxdur.Anar (Əlizadə) Əliyevin "Global Witness” təşkilatının hesabatına cavab olaraq şəxsi "bəyanatı”nın müəllifi özünü "işgüzar fəaliyyətlə məşğul olan Azərbaycan Respublikası vətəndaşı” kimi təqdim edir.

"Global Witness”in hesabatında ARDNŞ ilə 50-yə yaxın sövdələşmədə iştirak etdiyi iddia olunan Anar Əliyevin kimliyi, bu sövdələşmələrdə nə üçün məhz onun seçildiyi sual edilir.

Sual olaraq qalır: necə olur ki, nisbətən gənc, bundan əvvəl tanınmamış sahibkar altı il ərzində dövlət neft şirkətilə 48 sazişdə iştirak edib?
Hesabatda deyilir. "ARDNŞ-nin UGE-Lancer-i necə seçməsi aydın deyil; "Global Witness” tenderin baş verməsi barədə … məlumat əldə edə bilməyib”.

ARDNŞ-nin hesabata cavab olaraq verdiyi bəyanatında bildirilir ki, "azərbaycanlı iş adamı” Anar Əliyevlə 2000-ci illərin əvvəllərindən əməkdaşlıq edir və bu, peşəkar mütəxəssislərə olan tələbat ehtiyacından irəli gəlib."…Anar Əliyevin təklifləri ən səmərəli hesab edildi və sonradan, həqiqətən də, uğurla nəticələndi”, - şirkət deyir.

Bəyanatda cənab Əliyevin "nə Azərbaycanda, nə də digər ölkələrdə heç bir zaman” cinayət məsuliyyəti predmeti olmadığı bildirilir. Amma "Global Witness”in qaldırdığı müxtəlif suallara, o cümlədən Anar Əliyevə məxsus şirkətlərin hansı prosesdən keçərək seçilməsinə aydınlıq gətirilmir.
Anar Əliyev həmçinin "gizli şəxs” kimi təqdim olunmasına münasibət bildirib: "Bu ictimaiyyətin göz önündə olmadığımdan irəli gəlir, lakin öz fəaliyyətimdə şəxsi həyatın toxunulmazlığına və ailəmin təhlükəsizliyinə daha çox diqqət yetirdiyim üçün ictimaiyyətin göz önündə olmağı tərcih etməmişəm”.

"Global Witness” hesabatında Anar Əliyevlə əlaqə saxlamağa dəfələrlə cəhd etdiyini, amma bu cəhdlərin uğursuz olduğunu bildirib.

Şəxsi bacarıq yoxsa…

Bir çoxlarına bəllidir ki, Anar Əliyevin özünümüdafiə üçün mətbuata açıqladığı fikirlər həqiqəti əks etdirmir. "SOCAR Trading SA” şirkətinnin rəhbəri Anar Əliyevin İngiltərədə bir neçə dəbdəbəli mülkü olması faktdır və bu şəxsin qısa zamanda milyonlar sahibinə çevrilməsi şəxsi bacarığı ilə önə çəkilə bilən reallıq deyil.

Ötən illərdə 37 Azərbaycan vətəndaşlarının London şəhərində mülk sahibi olması ilə bağlı mətbuatda məlumat dərc olunmuşdu. Həmin məlumatda qeyd olunurdu ki, Britaniya hökümətinin antikorrupsiya fəallarının apardığı kampaniyanının nəticəsində Londonda xarici ölkə vətəndaşları tərəfindən ofşor şirkətlər vasitəsilə alınmış 100 minə yaxın mülkün kimlərə məxsus olması açıqlanıb.

Britaniya mediası yazır ki, mülkləri açıqlananlar arasında keçmiş sovet respubilkalarından da çoxsaylı oliqarxların və zənginlərin adları yer alıb. Hesablamalara görə həmin mülklərin alınması üçün cəmi 40 mindən yuxarı offşor şirkətdən istifadə olunub və 200 milyard funt-sterlinqdən çox vəsait xərclənib. Mülk alan oliqarxların içərisində 37 Azərbaycan vətəndaşının olması isə o qədərdə təəccüblü deyil. Çünki ölkə mətbuatında dəfələrlə verilən məlumatlarda qeyd olunub ki, Azərbaycanlı məmur-oliqarxlar Londonda övladlarının, ailə üzvülərinin adlarına qiyməti milyonlarla ölçülən mal-mülk alıblar.

Özəl mənbələrdən realliq.info-ya daxil olan məlumata görə, London şəhərində mülk alan 37 Azərbaycanlı arasındakı şəxslərdən biri” SOCAR” prezidentinin dayısı oğlu Azərbaycan neftinin Amerikada makleri rolunda çıxış edən, əslində isə Azərbaycan neftinin ikinci əldən satışını həyata keçirib Azərbaycan dövlətinin külli miqdarda ziyan görməsinə səbəb olmaqla yanaşı özünə milyonlar qazanan, həmçinin “SOCAR”ın ofşor şirkətlərinin nəzarətçisi, onlara rəhbərlik edən Anar Əliyevdir.

Anar Əliyevin var-dövləti təkcə Londonda milyonluq villaları olması ilə bağlı yazılanlar təşkil etmir. Bu şəxsin digər Avropa ölkələrində də şirkətləri hesabına Azərbaycandan oğurladığı milyonlar hesabına biznes şəbəkəsi yaratdığı qeyd olunur.
Anar Əliyevin erməni dostları kimlərdir?

Realliq.info-nun apardığı araşdırmalar zamanı məlum olur ki, Anar Əliyevin ofşor şirkətləri düşmən saydığımız erməni şirkətləri ilə də işbirliyi qurub. Bu şəxsin dövlətin maraqlarını nəzərə almadan, lakin dövlət şirkətinin maliyyəsi hesabına qazandığı dostların sırasına düşmənlərimizi daxil etməsi utandırıcı məqamdır.

Anar Əliyevin keçmişi və hazırda sahibi olduğu biznes şəbəkəsi, eləcədə “SOCAR” da vəzifə tutan qohumları barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik. Bununla yanaşı, bu şəxsin xarici şirkətlərlə maklerlik edərək bağladığı müqavilələrin dövlətə nə qədər ziyan vurduğu da araşdırmalarımızın müzakirə mövzusu olacaq.

Böyük Britaniyanın “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şikəti ilə bağlı təqdim etdyi hesabatdan sonra cəmiyyətdə “Anar Əliyevin kimliyi” ilə bağlı araşdırmalar getdi. Doğrudur, sonradan Anar Əliyev üzə çıxdı. Hətta virtualaz.org saytının rəhbərinə geniş silsilə müsahibələr də verdi ki, bu müsahibələr sonradan Anar Əliyevin nəzarətə götürdüyü mediada ciddi şəkildə təbliğ də olundu.

Amma məsələ heç də Anar Əliyevin və onun arxasında dayanan Rövnəq Abdullayevin yaratmağa çalışdığı təəssürata uyğun http://deyildi.xn--haqqnaz-ufb.org/ olaraq apardığımız araşdırmalar zamanı maraqlı məlumatlar əldə etdik. Xatırladaq ki, zaman-zaman bu məlumatların bəziləri oxucuların diqqətinə çatdırılıb. Məsələn, aşağıda təqdim etidyimiz siyahı artıq Azərbaycan oxucusuna məlumdur:

1. Anar Əliyevin qardaşlarından biri Bədəl Əliyev SOCAR Informasiya Texnologiyaları Departamentində (rəis Inayət müəllim, təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllim ) satınalmalar üzrə menecer vəzifəsində çalışır.

2. Anar Əliyevin digər qardaşı Nihad Əliyev SOCAR-da satış direktorudur.

3. Anar Əliyevin atası Nüsrət Əliyev (Rövnəq Abdullayevin dayısı) Neft Emalı zavodunda Qaz sektorunun müdiridir.

4. Anar Əliyevin əmisi Azad (Rövnəq Abdullayevin digər dayısı ) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir.

5. Azadın oğlu Rəsul “SOCAR”da mühüm vəzifə daşıyır.

6. Anarın xalası oğlanları “Suraxanı OIL” Əməliyyat Şirkətinin və “Balaxanıneft”in rəhbərləridir.

7. Anarın əminəvələri Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir.

8. Rövnəq Abdullayevn qaynatası ( həm də doğma əmisidir ) Adəm müəllim “SOCAR”da Demontaj sektorunun rəisidir.

9. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri Idarəsinin rəisidir.

10. Neft Kəmərləri Idarəsinin rəis müvini Fuad müəllim Rövnəq Abdullayevin sinif yoldaşıdır.

11. Rövnəq Abdullayevin, həm də Anarın qohumu Toğrul Seyidov “SOCAR PETROL”un prezidentidir.

12. Rövnəq Abdullayevin bacanağı Mehman SOCAR-ın Təchizat Departamentinin rəisidir.

Müxtəlif media araşdırmaları zamanı o da məlum olub ki, Anar Əliyev əslində bu gün həm də media patronudur və bu gün onun media siyasəti özünü öz saytlarında ehtiva edir. Yəni saytları vasitəsilə Anar Əliyev mətbuatı yönəldir, özünə tabe etdirir. Başlıca maraq isə arxada olan faktlara – Anar Əliyevin qara işlərinə işıq salınmasının qarşısının alınmasından ibarətdir.

Qeyd edək ki, yuxarıdakı siyahıda Rövnəq Abdullayev ARDNŞ-dəki qohunlarının bir hissinin adı yer alıb. ARDNŞ-in Təhlükəsizlik İdarəsində, Bakıda və Sumqayıtda yerləşən zavodlarında rəhbər vəzifələri Rövnəq Abdullayevin qohumları tutur. “SOCAR” yanacaqdoldurma məntəqələrinin demək olar ki hamısına rəhbərliyi ARDNŞ prezidentinin qohumları edir. Bir çoxunun başında elə Anar Əliyevin yaxın qohumları dayanır. Bu və ya digər faktlar Rövnəq Abdullayev ARDNŞ-i ailə şirkətinə çevirdiyini göstərir.

Son olaraq SOCAR-ın təhlükəsizlik idarəsinin əməkdaşları ilə Qarabağ qazilərinin arasında olan katastrafik insident isə hər birinizə məlumdur. Bütün baş verənlər onu deməyə əsas verir ki, Rövnəq Abdullayevin həyatı və fəaliyyəti öz tayfasına xidmət etmək və antimilli ünsürlük etməkdən ibarətdir. Ictimai rəyində tələbinə əsasən o qənaətə gəlirəm ki, dövlətə təhlükə hesab edilən bu şəxs dərhal tutduğu vəzifədən uzaqlaşdırılmalı və dövlətin sahibi olan xalqın qarşısında hesabat verməlidir.

Hazırladı: Analitik şöbənin müdiri, araşdırmaçı jurnalist Vüqar Məmmədağayev 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın