“Şou verilişi aparıb, analitik olmaqla deyil ki…”- Aparıcıdan Kamran Həsənliyə CAVAB

10, 08, 22
13:00

“Şou verilişi aparıb, analitik olmaqla deyil ki…”- Aparıcıdan Kamran Həsənliyə CAVAB


Ötən gün teleaparıcı Kamran Həsənli bizimlə söhbətində “Bu gün pşəkar televiziya işçilərimiz yox səviyyəsindədir” -fikri sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

"Azərbaycan Reallığı" xəbər verir ki, Mövzu ilə bağlı Medianews.az-a danışan jurnalist, aparıcı Aytac Carçıyeva həmkarının bu fikrinin televiziyada çalışanların bostanın atılan daş adlandırdı:

“Peşəkar televiziya içisi niyə yoxdur ki? Kifayət qədər peşəkar televiziya mütəxəsisslərimiz var. Lalə Azərtaş, Tural Əsədov, Elvin Basqallı, Azər Axşam, Urfan Məmmədli, Xanım Yadigarlı, Rüstəm İbadov və siyahını uzada da bilərəm. Onların hansının danışığında problem var? Yəni bu fikri səsləndirən televiziyada yeri olmayan qeyri-peşəkar biri olmalıdır. Şou verilişi aparıb, gəlib analitiki olmaqla deyil ki…

Məsələ tək bu deyil, bəzən də deyirlər ki, “Azərbaycanda jurnalist, jurnalistika yoxdur. Bizə demokratik söz azadlığı verilməyib”. Siz demokratiyanın nə olduğunu bilirsiniz? Gəlin birinci ondan başlayaq. Demokratiya bir çoxlarına görə ancaq söyüş söyməkdən ibarətdir. Ruzvelt deyib ki, “Demokratiya silahı belində sərbəst daşımaq istəyən insanlar üçündür”.

Mən sərbəst olaraq düşüncəmi ifadə edə bilirəmsə, buna münasibətimi bildirirəmsə o da hörmət çərçivəsində deyə bilər ki, sənin fikirlərinə hörmətlə yanaşıram, amma sən yalnış düşünürsən. Bunun üçün də mübahisə edən hər iki tərəf savadlı olmalıdır. Çünki cahilnən mübahisə etmək sizi heç bir yerə gətirib çıxarmayacaq.

Kamran Həsənli deyir ki, televiziyalarımızda peşəkar mütəxəsisslər yoxdur, onda siz gəlin yenilik edin. Edin də niyə etmirsiniz?

Bu fikri eşidəndə təəssüf hissi keçirdim. Kamran Həsənlinin analiz etmək qabiliyyəti ola bilər, tarixi bilgilərinin də olması ona bu fikri səsləndirməyə imkan verməməlidir. Bu gün mən Azərbaycan mediasının bir parçasıyamsa o söz mənə də atılır. Niyə atılmalıdır?”.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın