Pərvin “Porsche”sini Əli Mirəliyevə verir? - Açıqlama

09, 06, 18
16:47

Pərvin “Porsche”sini Əli Mirəliyevə verir? - Açıqlama

Aktrisa Pərvin Abıyeva avtomobilini satması ilə bağlı xəbərlərə aydınlıq gətirib

Azerbaycanrealligi.com Musavat.com-a istinadən xəbər verir ki, aktrisa maşını ilə yanaşı evini satdığını deyib:

“Mən “Maşın” şouda avtomobil udacağıma inandığım üçün maşınımı satmıram. Şouya gəlməmişdən öncə avtomobilim satışa çıxarmışdım. Hətta, prodakşının əməkdaşlarına dedim ki, avtomobilimlə başlı mənə zənglər gələcək. İcazə verin, telefonumu götürüm. Amma mənə icazə vermədilər. “Nissan”a görə “Porsche” markalı avtomobili sataram? 

Bəzən bezirəm, həyatımda hər şeyi dəyişmək istəyirəm. Tək maşınımı satmıram, evimi də satıram. Ola bilər ki, ölkədən köçdüm”.

Aktrisa avtomobilini Əli Mirəliyevə vermək istəməsi barədə səsləndirilən iddialara da aydınlıq gətirib:

“Bütün gecəni düşündüm ki, Əli Mirəliyevə jest edim, avtomobilimi ona bağışladım. Çünki nəvəsi yaşındakı qıza məğlub oldu. Verilişdə o qədər həyəcanlı idim ki, onun dediklərini eşitmirdim. Sonra bildim ki, mənə “O maşını hansı pulla almısan?” deyib. Qəlbim qırıldı”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın