Tanınmış jurnalist Murad Fərzəliyev Akşin Fatehin üzünə “Şərəfsiz özünsən” dedi

21, 11, 21
20:43

Tanınmış jurnalist Murad Fərzəliyev Akşin Fatehin üzünə “Şərəfsiz özünsən” dedi


Bir neçə gün öncə tanınmış meyxanaçı Akşin Fateh haqqında bir çox xəbər səhifələri onun media nümayyəndələrini təhqir edən video görüntüsünü yayımlamışdı.

Sözü gedən məsələ ilə bağlı, jurnalistlərlə İfaçı Akşin Fateh arasında görüş təşkil olunub.

Görüşdə ifaçıya dəstək olmaq üçün müğənni həmkarlarıda yer alıb.


Məsələyə aydınlıq gətirmək üçün bir masada İfaçı ilə üzbə-üz “Xeberaz.Az” saytının rəhbəri Tural Əliyev ilə yanaşı “Azərbaycan Mədəniyyəti Qəzeti“nin rəhbəri Murad Fərzəliyevdə əyləşib.


İfaçı Akşin Fateh tərəfindən isə meyxanaçı Yaşar Qafanlı,Vüsal Şahbazov və digərləridə olub.


Jurnalist Murad Fərzəliyev Akşin Fatehə sən xəbər səhifələrinə “ŞƏRƏFSİZ” sözün deyərək video çəkib işlətmisən və onuda şəxsi “İnstagram” səhifəndə yayımlamısan. Barışığa gəlmisənsə o videonu səhifəndən sil. Akşin Fateh isə o videonun silməyəcəyini bildirir. Elə bu zaman, jurnalist Murad Fərzəliyev məndə media nümayəndəsi kimi sənin haqqında xəbəri yayımlamışam indi mən şərəfsizəm? Məndə burda sənin düz üzünə deyirəm “ŞƏRƏFSİZ” sənin özünsən. Akşin Fateh cavab verə bilməyərək səninlə sonra danışacam deyir. İfaçı ilə media nümayəndəsi arasında məsələ öz həllini tapmayaraq sona çatıb.


Qeyd edək ki, noyabr ayının 16-da Azərbaycan Ordusunun 7 hərbi qulluqçusunun şəhid olduğu gün meyxanaçı Aqşin Fateh öz məkanında çal-çağır məslisi təşkil etmişdi. Media nümayəndələri də öz növbələrində meyxanaçını tənqid atəşinə tutmuşdular. Bundan əsəbləşən meyxanaçı onu tənqid edən xəbər saytlarını “Şərəfsiz” adlandırmışdı.


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın