Tanınmış meyxanaçıların olduğu maşın aşıb

05, 11, 21
21:00

Tanınmış meyxanaçıların olduğu maşın aşıb


Tanınmış meyxanaçı Baləli Maştağalı avtomobil qəzasına düşüb.

“Azərbaycan Reallığı" xəbər verir ki, onun idarə etdiyi maşın paytaxtın Sabunçu rayonu ərazisində aşıb.

Bu barədə Tarix Əliyev aparıcısı olduğu “Tarixin bir günü” verilişində məlumat verib. Onun sözlərinə görə, avtomobilin içində meyxanaçı Ruslan Müşviqabadlı da olub.

Hadisə zamanı maşın yararsız hala düşsə də, xoşbəxtlikdən xəsarət alanın olmadığı bildirilir.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın