"Haram tikə yeyirəmsə, niyə evim yoxdur?" – Polisə çağırıldığı deyilən Mətanətdən etiraz

02, 08, 21
23:00

"Haram tikə yeyirəmsə, niyə evim yoxdur?" – Polisə çağırıldığı deyilən Mətanətdən etiraz


Müğənni Mətanət Əsədova haqqında yayılan həbs xəbərlərinə münasibət bildirib.

Sənətçi İnstaqramda canlı yayım açaraq adının insan alverində hallanmasına əsəbiləşib. Əsədova onunla bağlı şayiə yayan şəxsin həmkarı olduğunu iddia edib:

"Oturduğum yerdə mənə nələr edirlər. Bunun qarşısı alınmalıdır. Bezdim. Nə imkan verirlər yetimliyimin, xəstəliyimin, səsimdə olan problemin dərdini çəkim. Evimdə ağır xəstələr var, həyəcan olmaz. Bilmirəm onların, bilmirəm öz acınacaqlı halımın fikrini edim. Bunu tapmaq mümkün deyil? Bir dəfə haqqımda çıxan yalan xəbərlərə görə polisə müraciət etdim. Amma yenə başlandı.

Mən də kiməsə yaltaqlanan, özümü ortaya qoyan olsaydım, divarlarım qızıldan olardı. Əgər nəsə oxumaqla olursa, mən niyə edə bilmirəm? Mən haram tikə yeyirəmsə, niyə taksi ilə gəzirəm? Villarım, evim, maşınım yoxdur. Heç kimin heç nəyində gözüm yoxdur. Qaldığım ev kirayədir. Heç kimdən nəsə istəmirəm. Nə ad, nə maşın, nə ev, nə var-dövlət istəyirəm. Ev, maşın, qızıl, ər sizdədir. Hələ başınızın üstündə milyonlar var.

Sənət dostlarım zəng ediblər ki, bir bu qalmışdı sənə yaxılmayan. Narkotiklə məşğul olanlar, özünü ortaya qoyanlar qalıb kənarda. Utanıram, ət tökürəm, bilmirəm nə deyim. Bilirəm bunu kim, nə üçün edir. Qadının öz işi var. Qadın polis idarəsi gəzər? Qaçıb gedirlər, şikayət edirlər, şər atırlar. Belə şey olar?

Bundan əl çəkməyəcəm, axırıncı iş idi, ona da əl atdılar. Məhkəməyə verib, araşdırma apartdıracam. Bu xəbəri kimin yaydığını tapdıracam. Adını polisdə çəkdirib biabır edəcəm".

Canlı yayım ərəfəsində M.Əsədovaya izləyicilər həmin xanım həmkarının Nazənin olduğunu yazıb. İfaçı bunla bağlı suallara isə nə "hə", nə də "yox" deyib:

"Nazəninlə düşmənçiliyim yoxdur. Heç onun evini tanımıram. Özündən soruşun, görün, evində olmuşammı? Uşağını 2 yaşında görmüşdüm. Bu barədə heç nə deməyəcəm. Bu xəbərlər yazılanda mənə birinci Nazənin xanım zəng etmişdi. Deyir, bu, nə oyundur, başına gəlib? Dedim, bilmirəm. Heç kimin adını çəkməyəcəm. Bu dəqiqə özümdən də şübhələnirəm".

Qeyd edək ki, sosial şəbəkədə M.Əsədovanın insan alverinə görə həbs edildiyi xəbəri yayılıb. DİN açıqlama yayaraq, belə bir halın olmadığını bildirib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın