“Pişik“ Güneldən Zaura sərt sözlər: “Sənin başın üçün deyil ki...“

26, 02, 21
12:00

“Pişik“ Güneldən Zaura sərt sözlər: “Sənin başın üçün deyil ki...“


Aparıcı Zaur Kamalın ATV telekanalında yayımlanan “7 Canlı” verilişində müğənni Günel Ələkbərovaya sataşması ona baha başa gəlib.

Azerbaycanrealigi.com xəbər verir ki, Zaura cavabı gecikməyən Pişik Günel Zaurun “onu efirimə qoymaram” deməsinə sərt cavab verib.

Sosial şəbəkə hesabında bu barədə paylaşım edən Günel 2003-cü ildən səhnədə olduğunu, Zaur Kamalı ümumiyyətlə, aparıcı kimi tanımadığını deyib:

“Hamı ağıllı olsun, getsinlər işləri ilə məşğul olsunlar. Qulağıma bir-iki söz çatır. Əl-ayağıma dolaşırlar. Mənim mübarək ağzımı açdırmasınlar, aləm dəyər bir-birinə. Sənin haqda elə şeylər danışaram ki, veriliş aparmağı qoy kənara, adama içinə çıxa bilməzsən. Hansısa aparıcı məni tanımırsa, birbaşa özünü tanımır, çünki 2003-cü ildən professional səhnədəyəm. Mən aparıcı kimi bircə Zaur Baxşəliyevi tanıyıram, digərini yox. Mən hər çağırılan verilişə getmirəm. Özünü apara bilməyənlərin verilişlərinə getmirəm. Belə də ki, düz etmisən adımı çəkməmisən. Sənin başın üçün deyil mənim adımı çəkəsən”.

 Azerbaycanrealigi.com

Bizimlə əlaqə saxlayın