"Biz ev heyvanıyıq, siz də sahibimiz? " - Karantinin uzadılmasına əsəbləşən Elnarə

05, 08, 20
18:00

"Biz ev heyvanıyıq, siz də sahibimiz? " - Karantinin uzadılmasına əsəbləşən Elnarə


Ötən gün ölkədə karantin rejiminin uzadılması ilə bağlı qərara müğənni Elnarə Xəlilova sərt reaksiya göstərib.

Azerbaycanrealligi.com xəbər verir ki, bununla bağlı müğənni instaqram hesabında post paylaşıb.

"İndi guya sms icazəni ləğv elədiz ki, evdən rahat çıxa bilək?Hara gedə bilərik ki? Kafe yox, mağaza yox, rayona yol yox, şəhəri dolaşmağa çıxaq? Məgər biz ev heyvanıyıq, siz də sahibimiz? Qeydiyyatla və maska ilə soyuq havada dənizə icazə vermisiz, başımıza dəysin. İcazəni də elə vermisiz ki, heç kəs heç nə etmək istəmir. Ha vurub toplayırıq ki, hara gedək , nə edək, ağlımıza heç nə gəlmir. Bu gedişlə toylara da məhərrəm ayında icazə verərsiz ki, heç kəs yenə də toy edə bilməsin".
"Biz ev heyvanıyıq, siz də sahibimiz? " - Karantinin uzadılmasına əsəbləşən Elnarə

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın