sitename

Xoşqədəmlə Doğuş sərt karantin rejimində rayonları necə gəzir? - VİDEO


Ölkədə son iki ayda koronavirusa yoluxmanın artdığına görə, Baş Nazirin cümə günü imzaladığı qərarla Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadıldı. Sərt karantin rejimi müddətində, Bakı, Sumqayıt, Abşeron ərazisində qeydiyyatda olanların rayonlara gediş-gəlişi məhdudlaşdırıldı.

Ancaq buna baxmayaraq, bəzi məhşurlar sərt karantin rejimini pozaraq, rayonlara istirahətə yola düşürlər. Təbii ki, bu da insanların haqqlı narazılığına səbəb olur.

Azerbaycanrealligi.com Dominant.az-a isitnadən xəbər verir ki, bu günlərdə teleaparıcı Xoşqədəm Hidayətqızı ailəsi ilə birlikdə rayonların birində istirahət edir.

Teleaparıcının övladına aid sosial şəbəkə hesabında, istirahətlərini əks etdirən paylaşım etməsi izləyicilərinin diqqətindən yayınmayıb və aparıcının bu hərəkəti qınanılıb.

Aparıcını qınayanlardan biri də jurnalist Ramina Eyvazqızıdır. Jurnalist bu barədə iradını belə bildirib: "İşveren deyirlər, qoyun desinlər. Turkiyəli rayonlarımızda kef çəkəcək, biz də burda 4 divar arasında qalacağıq?? Doğuşu deyirəm e, arvadının yaşıl işığı hesabına gəzir özü üçün! Bu şəkli də arvadı cəkib. Ona olar, çünki o, bizdən "güclü" jurnalistika, şou jurnalistikasinı sırıya bildi!"


Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 743
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 580
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 296
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 1 175
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar