Gülay əri Kamil Zeynallıdan danışdı: "O insanda "endirim" yoxdur"

26, 04, 20
18:04

Gülay əri Kamil Zeynallıdan danışdı: "O insanda "endirim" yoxdur"


"Bilirəm ki, insanlar mənə hörmət edir, artıq-əskik yazmırlar. Kiminsə paxıllığını çəkməyin, şəxsi həyatına qarışmayın".

Azerbaycanrealligi.com xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı İnstaqramda canlı yayımda deyib. Sənətçi ona ünvanlanan sualları cavablandırıb. Gülay idmançı həyat yoldaşı Kamil Zeynallı ilə bağlı yazılanlara isə sərt reaksiya verib.

İfaçı yazılan "Camaat Kamildən qorxur deyə, heç nə yazmır" sözlərinə belə cavab verib:

"Kamildən qorxmurlar, o da hər kəs kimi biridir. Qorxulası nəsə yoxdur. Sadəcə, hisslərini, cavabını qəti bildirir. Bu insanda "endirim" deyilən bir şey yoxdur. Şəxsi həyatla bağlı heç vaxt danışmamışam, danışmayacam da. Bunla bağlı suallar verməyin".

Üz baxımı ilə bağlı suallara isə Gülay "31 yaşım var, botoks etmirəm. Düşünürəm ki, hələ ona var. Makiyajsız halda indi sizin qarşısına çıxmışamsa, demək botoks yoxdur. Dodağımda da gel yoxdur. Üzümə və dodaqlarıma mezolar etdirirəm" deyərək, münasibət bildirib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın