Jurnalistdən Manaf Ağayevə sərt sözlər: "Torpağı erməniyə verib gəlib Bakıda kişi olublar"

22, 08, 18
10:13

Jurnalistdən Manaf Ağayevə sərt sözlər: "Torpağı erməniyə verib gəlib Bakıda kişi olublar"



Azerbaycanrealligi.com xəbər verir ki, mügənni Mətanət Əsədovanın eyş-işrət məclisində araq içməsi böyük səs-küyə səbəb oldu. Dünən isə Manaf Ağayev həmkarı Mətanət Əsədovanı videoya çəkən şəxsi razborkaya çağıraraq diz çökdürdüyünü deyib. Manaf Ağayevin bu sözünə sosial şəbəkə istifadəçiləri demək olar ki, inanmayıblar, çünki həmin gizlin çəkilişi edən şəxsin keçmiş polis işçisi olduğu deyilir. Orqan işçisini də diz çökdürmək, həqiqətən də, inandiricı deyil. Bundan əlavə, dünən Xəbəral.az saytının baş redaktoru Mirismayıl Xələfli müğənninin bu sözünə sərt reaksiya verib. Jurnalist Manaf Ağayevin ünvanına sərt sözlərdən əlavə, demək olar ki, təhqirə də yol verib. Onun facebook sosial şəbəkədə yazdığı statusunu olduğu kimi oxucularımıza təqdim edirik:

"Bu Manafa deyin az kişilikdən danışsın. Doğulduğu Füzuli rayonu işğal altındadır. Manaf Ağayev və bəziləri torpağını erməniyə verib gəlib Bakıda kişi olublar, kişilikdən danışırlar. Saçına qara qoyub Mətanət Əsədovanın qeyrətini çəkincə get mahnını oxu, pulunu qazan. Sənin torpağını işğal edən hansısa bir erməni dığasını Moskvada ya hardasa söhbətə çağırmısan? Nə xod gedirsən? Səni Manaf edən söhbətə çağırmaq istədiyin Azərbaycan kişiləridir, ağıllı ol, quş buraxma!!!"

Jurnalistin Manaf Ağayev haqqda yazdıqı statsu



Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın