Afaq Gəncəl: Çalışıram ki, mənfi və neqativ fikirlərdən uzaq olum - MÜSAHİBƏ

30, 01, 23
16:00

Afaq Gəncəl: Çalışıram ki, mənfi və neqativ fikirlərdən uzaq olum - MÜSAHİBƏ


“İşlərini sevib, aparıcılıq sənətinə hörmətlə yanaşsalar..."

"Azərbaycan Reallığı" xəbər verir ki, Məşhur teleaparıcı Afaq Gəncəli Moderator.az-ın suallarını cavablandırıb. 

- Afaq xanım, ötən həftə xalq artisti, estradamızın əsas ulduzu Aygün Kazımova özünə dəbdəbəli doğum günü partisi etdi. Aygün xanımla çox yaxın rəfiqə olduğunuz heç kimə sirr deyil. Üstəlik də xarici görkəm baxımından çox bənzərliyiniz var. Bu bənzərlik nədən irəli gəlir?  

- Mən Aygün xanımı çox sevirəm. Bəzən olur ki, bizi ruhən çox bənzədirlər. Mənim üçün ən özəl məsələ var ki, hər zaman Aygün xanıma ad günündə hədiyyələr təqdim edəndə o öncədən bilmir ki, mən onun üçün nə almışam?! Hər dəfə özü seçir və pianosunun üstünə qoyur. Mən hədiyyəni ona ruhunu tanıyaraq alıram. Ona bənzərliyim isə sevdiyim insan və dostluğunda sadiq olmağıdan irəli gəlir.
 
- Afaq Gəncəli adı televiziya məkanında artıq bir brenddir. Adınızın brend olması üçün çox əziyyət çəkmisiniz? 

- Əslində buna görə çox çalışmamışam. Sadəcə olaraq peşəmə hörmət edib, sadiq olmuşam. 
 
- Niyə yeni nəsil aparıcılar adlarını brend edə bilmirlər? Lori dildə desək ulduz ola bilmirlər? 

- Bunu mən deyə bilmərəm. İşlərini sevib, aparıcılıq sənətinə hörmətlə yanaşsalar bəlkə də istədiyiniz suala cavab tapa bilərsiniz.
 
- Xəzər televiziyasında yayımlanan “Səhər mərkəzi” verilişini tanınmış teleaparıcı Tural Əsədovla birgə aparırsınız. Sizin üçün verilişi tək yoxsa digər bir həmkarınızla aparmaq daha rahatdır? 

- Tural Əsədov çox alicənab, tərbiyəli və savadlı aparıcıdır. Mənə onunla veriliş aparmaq çox rahat və çox xoşdur. Format onu tələb edir ki, bu verilişi biz ikimiz aparaq. İllərlə verilişləri tək aparmışam və çox şükür ki, pis də alınmayıb. Arada cüt aparmaq da lazımdır. Nə xoş mənə ki, həmkarım, hər gün veriliş paylaşdığım insan artıq dostuma çevrilib.
 
- Səhv etmirəmsə siz yalnız şou verilişlərinə aparıcılıq etmisiniz. Heç özünüzü digər sahələrdə sınamaq istərdinizmi? 

- Məh əhval-ruhiyyəli insanam. Pozitiv verilişləri çox sevirəm. Amma çox istəsəm, niyə də yox? (gülür).
 
- Bu sahədə sizi qane etməyən nələr var? Nədən narazısınız? Nə yerində deyil? 

- Nə zaman ki, hər kəs öz işiylə məşğul olacaq, o zaman hər şey əla olacaq. Mən şəxsən yeridəyəm (gülür). Çalışıram ki, mənfi və neqativ fikirlərdən uzaq olum. Hər kəsə uğurlar arzu edirəm.



“Çalışıram ki, mənfi və neqativ fikirlərdən uzaq olum, hər kəs öz işiylə məşğul olsa...”-FOTOLAR

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın