İlqar İsmayılova qarşı aparılan bu iş quramadır - NOVELLA CƏFƏROVA

04, 02, 22
10:00

İlqar İsmayılova qarşı aparılan bu iş quramadır - NOVELLA CƏFƏROVA


 "İlqar İsmayılova qarşı qaldırılan cinayət işiylə tanılş olduqda görürsən ki, ona qarşı o qədər haqsızlıq var ki, danışmaya bilmirsən. Hesab edirəm ki, İlqar İsmayılovu haqsız həbs ediblər. Məhkəmə işinin o cür aparılmasına etiraz edirəm, çünki hesab edirəm ki, iş düzgün və qanun çərçivəsində aparılmayıb, ona görə də düzgün baxılmasını xahiş edirəm. Bu günədək həyata keçirilən bütün məkəmə prosesini mətbuatdan izləyirəm. Cinayət işi ilə də, prosesdə vəkilləri tərəfindən qaldırılan vəsatətlərlə də yaxından tanışam. İlqar İsmayılova qarşı qaldırılan cinayət işi qurama səbəblər üzərində qurulub. Bu məsələylə bağlı  İnsan Haqları üzrə Monitorinq Qrupunun üzvü kimi hüquq-mühafizə orqanlarının yüksək instansiyalarına müraciətlər hazırlamışam". 

Bu haqda tanınmış hüquq müdafiəçisi, Azərbaycan Respublikası İnsan Haqları üzrə Monitorinq Qrupunun üzvü Novella Cəfərova hazırda həbsdə olan iş adamı, "İDEAL COMPANY"-nin sahibi İlqar İsmayılovun cinayət işi üzrə aparılan məhkəmə prosesinə münasibət bildirərkən belə deyib.

İnsan Haqları üzrə Monitorinq qrupunun üzvü N.Cəfərova bildirib ki, İlqar İsmayılova qarşı edilən haqsızlıqlarla bağlı   yüksək instansiyalı müvafiq dövlət qurumlarıyla əlaqə saxlayıb, məsələnin araşdırılmasını və nəzarətdə saxlanılmasını xahiş  edəcək:

"Müraciətimdə xahiş edəcəm ki, bu məsələni  araşdırıb ədaləti bərpa etsinlər. Çünki bu iş quramadır. İlqar İsmayılov gənc biznesmendir, kifayət qədər məhsuldar sahibkardır və bunu ölkədə hər kəs bilir. Biz bu gün gəncləri irəli çəkməliyik, onlara sahibkarlıq sahəsində əngəllər yaratmamalıyıq. Gəncləri qaralamaq olmaz. Biz hamımız "İDEAL" mağazasının alıcısı olmuşuq.

Bu sahədə onun vaxtındakı və indiki vəziyyəti də görüb yaxşı müqaisə edə bilirik. Fərq göz qabağındadır. Mən İ.İsmayılovun hüquqlarını müdafiə edən vəkillərinin məhkəmədəki müdafiə çıxışını mətbuatdan izlədim və dəhşətə gəldim. Daha sonra peşəkar vəkil və İ.İsmayılovun hüquqlarının müdafiəçisi İlhamə xanım Həsənova ilə əlaqə saxladım, onunla bu məsələylə bağlı söhbət edib, fikir mübadiləsi apardıq. İlhamə xanım bu qurama cinyət işinin bütün qaranlıq məqamlarına aydınlıq gətirdi. Ona görə də  İnsan Haqları üzrə Monitorinq Qrupunun üzvü olaraq hesab edirəm ki, bu cinayət işi quramadır. Çox xahiş edirik, gənc  sahibkarın işini dəqiq və düzgün araşdırsınlar.

İ.İsmayılov Azərbaycanı dünyada tanıdan bir biznes brendi, marka yaradıb, onun qol-qanadını qırmaq olmaz. Olkədə iqdisadiyyatın gücləndirilməsi üçün gənc sahibkarların qarşısında imkanlar, yollar açmaq lazımdır ki, onlar investitsiyanı öz doğma ölksinə yatırtsın.  Pullarını Azərbaycanda xərcləsinlər. Baxın, nə qədər pulumuz Avropada və əsasən də İngiltərədədir. Onların da hamısını həmin ölkələrdə müsadirə edirlər. Azərbycandan çıxan pulların hamısı müsadirə olunur.  Biz axı bütün bunları həm yerli, həm də dünya mətbuatından izləyirik".

Tanınmış hüquq müdafiəçisi N.Cəfərova qeyd edib ki, Azərbaycan Respublikasının İnsan Haqları üzrə Monitorinq Qrupumim üzvü olaraq, İlqar İsmayılovun həbsinin araşdırılıb, ədalətin bərqərar olması üçün  məhkəmə proseslərini və veriləcək qərarları nəzarətdə saxlayacaq.

Qeyd edək ki, İlqar İsmayılov 2013-2016-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib.

Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, “İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb. İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi “İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un przidenti, "Premium Bank”ın da əsas təsisçisidir. Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib.

Lakin məhkəmə İsmayılovu haqlı sayaraq, ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.

Xatırladaq ki, İ.İsmayılova AR CM-in 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Lakin İ.İsmayılov ittihamları qəbul etmir və özünü təqsirli bilmir. (Azadmediatv.com)

Gülnaz Qənbərli 

AZƏRBAYCANREAIĞI.COM

Bizimlə əlaqə saxlayın