Şairə Yeganə Bağırova: "Sevgisiz yaşamaq mümkün deyil. İstəyirəm ki, bütün insanların içində təmənnasız sevgi olsun!"


Bizim dəyərli şairə xanımımız,yazarımız, jurnalistimiz, Yeganə xanımın necə gözəl yazıb yaratmaq qabiliyyətininin olduğu hamımıza bəllidir. Bu səbəbdən də istədim bu səmimi xanımla sizlər üçün səmimi bir müsahibə hazırlayım.

Yeganə xanım xoş gördük sizi, hazırsınızsa keçid alaq suallarımıza. 

Mən də sizi salamlayıram. Xoş gördük sizi. Gözəl sözləriniz üçün məxsusi minnətdaram. Buyurun, suallarınızı cavablamağa hazıram.

Əminəm ki, özünüzəməxsus tərzdə cavablar alacağam sizdən.

Bir mənalı olaraq bəli. 


Sizin yaradıcılığınızı yaxından izlədiyim üçün bilirəm ki, yeni şeirlər kitabınızın üzərində son tamamlama işləri gedir, və bu yaxınlarda çapa hazır olacaq. Gəlin bir az kitabınızdan və ya kitablarınızdan danışaq. 


Bildiyiniz kimi mənim ilk kitabım mərhum qəzəlxan, meyxanaçı Məşədi baba Aydəmirovun əziz xatirəsinə həsir olunub. Kitab 2 dəfə yüksək tirajla çap olunub və satılıb. Daha sonra isə mənim beş kitabım işıq üzü görüb. Altıncı kitabım isə sizin də qeyd etdiyiniz kimi 2 il fasilədən sonra  bu yaxınlarda işıq üzü görəcək.

Yəqin ki, oxucularımıza maraqlı olar, kitabınızdakı şeirlərin mövzusu nədəndir?

mənim bütün şeirlərimin mövzusunda sevgi durur. İstər bu sosial mövzulu şeirlər olsun,i stər ithaf şeirlər olsun,istərsədə vətənpərvər şeirlər mövzu olsun. 

Şeirlərinizin çoxu xoşbəxtlikdən və sevgidəndir, bunu nə ilə əlaqələndirmək olar? 

Mən hər zaman baxdığım, gördüyüm, toxunduğum hər bir şeyə sevgi ilə yanaşıram. Heç vaxt hansısa bir setuatsiyaya neqativ yanaşmıram. Umumiyyətlə sevgisiz yaşamaq mümkün deyil bu həyatda. Sevməsən yaşamaq, nəfəs almaq çətinləşər. İstəyirəm ki, təmənnasız sevgi bütün insanların içində olsun. İnsanların gözləri sevgidən parlasın. Və mənim bütün şeirlərim də sevgidən doğur, sevgi ilə sevilir. 


Şairə xanımın düşüncəsinə görə sevgi nədir?

Bu suala hər kəs fərqli özünə məxsus cavab verir çünkü bildiyimiz kimi dünyada nə qədər insan varsa bir o qədər də fərqli cavab var. Mənə görə sevgi Xoşbəxtlik və ən böyük azadlıqdır. Sevgi bizik, Sevgi mənəm, sevgi sənsən, sevgi o dur, sevgi həyatdır, həyat isə sevgidir. Gözləmək lazım deyil ki, kimsə səni sevsin. İlk öncə sən sevməlisən. Özü də gözəl sevməlisən. Təmənnasız sevməlisən. Əgər əks cinsin nümayindəsi səni sevməsə, sənin sevginə qarşılıq verməsə, sən özün özünü günahkarlandırmalısan. Demək ki,  sən gözəl sevməmisən. Çünkü biz sevdiyimiz insanda güzgü kimi özümüzü görürük. Nə qədər gözəl sevsək bir o,qədər gözəl seviləcəyik.  

Sevgi Şeirlərinizi həsr etdiyiniz xususi bir insan və ya ünvan varmı? 

(gülür) Bilirsiz necədi, Mənim sevgi ruhum var, mənim xoşbəxtlik ruhum var, mənim azadlıq ruhum var. Mən özümü nəyəsə məcbur və ya kiməsə məhkum edə bilmərəm heç vaxt. Əgər mən nəyisə həqiqətən hiss edirəmsə, nəyisə həqiqətən yaşayıramsa o,zaman o hissləri dilimə gətirirəm.Məsələn hər hansı bir söz, hər hansı bir musiqi mənə kimin üçünsə darıxdığımı xatırladanda mən həmin anda hiss etdiklərimi qələmə alıram.Hətda bəzən keyfim olmadığı məqamlarda belə mən ani özümü xoşbəxt hiss etdiyim anları gözümün qabağına gətirib,pozitivə köklənməyə çalışıram.Hətda məni nə zamansa incidən, ağladan  insanların haqqında düşünəndə də yenə əlimdən gələni edirəm ki,kədərlənmiyim.Şeirlərimdə mövzular fərqli olduğu kimi, ünvanlar da fərqlidir.Mən sevməsəm onu yaza bilmərəm.Mənə görə yazılan şeirlər yaşanıb yazılmalıdır.Yaşanılmayanlar isə gözəl şeir ola bilməz, gözəl yazıla bilməz. 


Yaxşı, belə deyək Sevdiyiniz insan var? 

Bəli, var.

Sizin ruhunuza toxunan O insanda şairdir? 

Xeyir Şairi deyil, şairlərin sevdiyi insan Şeir olur.

 Yazdığınız şeirlərin üzərində düşünürsünüzmü?

Xeyir. Hər bir şerim hansısa bir hissiyyatımdan doğur və sonra da bu hissiyyat məni  sona doğru istiqamətləndirir. Daha sonra geriyə çəkilib yazdığıma qıraqdan  oxucu gözü ilə baxıb  görürəm ki, həqiqətən də ortaya maraqlı bir əsər çıxarmışam. 

Daima qalmaqallı fikirləriniz ilə, açıq saçıq cəsarətli geyimləriniz ilə diqqət mərkəzində olmusuz. Bu sizi heç narahat edibmi? 

Sizin də qeyd etdiyiniz kimi mənim söylədiyim cəsarətli fikirlərimlə, hər zaman qalmaqal yaranıb ictimaiyyətdə. Bunu da mən yox,insanlar yaradıb. Hər kəs mənim bir fikrimə min cür yanaşıb. Bu da o deməkdir ki, insanaların maraq dairəsindəyəm. Fərqli düşüncələrim var. Bu səbəbdən mənim sözlərimi, şəkillərimi müzakirə edirlər. Mənim üçün fərqli olanlar onlara adi gəlir, və ya əksinə. (gülür) Bəzən onlarla razılaşmasam da, fikirlərinə hörmətlə yanaşıram.Hər kəsə məlumdur ki, mən açıq sözlü bir insanam. Sözü üzə deməyi bacarıram.Təbii ki,bəzi hallar istisna olmaqla. Məsələn mən- mənə yaxın insanın xətrinə dəyməmək üçün həmin insanı "nə isə" sözü ilə müvəqqəti yola verə bilərəm onjn xətrinə dəyməmək üçün. (ən yaxınımı) Amma yenə də, necəsə, nə vaxtsa həmin anda hiss etdiklərimi ona münasib bir şərait tapan kimi deyərəm. 

Bilirəm ki,gözəlliklərin vurğunusuz,bəs özünüzü 10 il sonra necə görürsüz? 

Sualı siz verirsinizsə cavabı da bilməlisiniz. Elə indi məni gördüyünüz kimi,on il sonra da belə cazibədar və təkrar olunmaz görəcəksiniz. Bundan əmin ola bilərsiniz. 

Siz həm də illərdir xeyriyyəçiliklə məşğul olursuz. Belə bir addımı yalnız ürəyi təmiz, hissiyyatı güclü insandan,sizin kimi xanımdan gözləmək olar. Mən sizi alqışlayıram. 

Mən heç vaxt kiməsə əl tutmağımı reklam olsun deyə etməmişəm.Bunu yalnız mənim Allahım bilib bu da mənə yetib.ətrafımda olan yaxın tanışlarım, dostlarımdan da bunu bilənlər olub düzdür, onlar da mənə imkanları daxilində qoşulub nəsə ediblər. İnsana bu həyatda yalnız qazandığı ad san, etdiyi yaxşılıqlar qalacaq. Başqa heç nə. Bu səbəbdən də hər kəsə məsləhət bilərdim ki, qazandıqları beş-on manat pulu ehtiyacı olan insanla bölməyi bacarsınlar. 


Ürəyinizdə qalan, deyə bilmədiyiniz, yaza bilmədiyiniz nələrsə olubmu və ya varmı? 

Əlbətdə var. Düşünürəm ki, onların zamanı hələ gəlməyib. Çünkü mən öz sözlərimi çox qiymətləndirirəm. Və boş boşuna heç vaxt söz xatirinə söz deyib və ya söz yazmıram. 

Səmimi söhbətiniz üçün minnətdarlığımı bildirirəm sizə və sonda oxucularımıza bir şeir ərmağan etməyinizi istəyirəm.

ÜRƏYİNCƏ  OXŞA  MƏNİ

Hər  baxanda şəklimizə,
Könlüm coşub, gəlir dilə.
Arzularam, hər bir zaman,
Ömür sürək gülə-gülə.

Uzaq getmə,bir yaxın gəl,
Ver əlini əllərimə.
Ürəyincə oxşa  məni,
Hey sığal çək tellərimə.

Məndən uzaq qaçma belə,
Sevim səni, cani-dildən.
Qollarını edib kəmər,
Qopmayasan incə beldən.

Bilirsənmi, söylə görüm,
Mən sevirəm səni,nədən?
Vüsalına qovuşmaqçün,
Əsir indi,bütün bədən.

Varlığınla  ruhumdasan,
Nəfəs  allam nəfəsindən.
Bir ,, sevirəm" sözün ilə,
Cana gəlləm, xoş səsindən.

Hər sözündən gəlib cuşa,
İlham alım sözlərindən.
Kirpiyinə heyran olum,
Öpüm sənin gözlərindən.

Cazibədar baxışların,
Məhəbbətdən versin soraq.
Sən mənim ilham pərimi,
Bu sevgiyə eylə qonaq.

Üzməyəsən əllərini,
Mənim kimi mələyindən.
İstəyirəm,yolum keçə,
Həmişəlik ürəyindən.

AZƏRBAYCANREALLIĞI.COM














Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Gənc yazıçı İlahə Səfərzadənin "NƏMƏLUM MƏKTUB" adlı yeni psixoloji romanı işıq üzü görüb - FOTOLAR

Gənc yazıçı İlahə Səfərzadənin "NƏMƏLUM MƏKTUB" adlı yeni psixoloji romanı işıq üzü görüb - FOTOLAR

  • 30 noy, 10:18
Gənc yazıçı İlahə Səfərzadənin "NƏMƏLUM MƏKTUB" adlı yeni psixoloji romanı işıq üzü görüb - FOTOLAR 
"Niyə ərə getmirsən?" sualına aktrisanın cavabı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO

"Niyə ərə getmirsən?" sualına aktrisanın cavabı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO

  • 23 noy, 21:00
"Niyə ərə getmirsən?" sualına aktrisanın cavabı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Nigar XTQ girizi olan ərinin ilk dəfə üzünü göstərdi - FOTO

Nigar XTQ girizi olan ərinin ilk dəfə üzünü göstərdi - FOTO

  • 09 noy, 22:00
Nigar XTQ girizi olan ərinin ilk dəfə üzünü göstərdi - FOTO
İsmayıllı Regional Mədəniyyət İdarəsində NAQOLAY İŞLƏR - İDDİA

İsmayıllı Regional Mədəniyyət İdarəsində NAQOLAY İŞLƏR - İDDİA

  • 01 noy, 19:30
İsmayıllı Regional Mədəniyyət İdarəsində NAQOLAY İŞLƏR - İDDİA 
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar