Şairə Yeganə Bağırova: Insanlar o qədər çərçivədə yaşamağa öyrəniblər ki, onlar "Azadlıq "nədir, "Azad fikir" nədir onu bilmirlər

09, 08, 20
21:00

Şairə Yeganə Bağırova: Insanlar o qədər çərçivədə yaşamağa öyrəniblər ki, onlar "Azadlıq "nədir, "Azad fikir" nədir onu bilmirlər


Azerbaycanrealligi.com-un bu günkü müsahibi, tanınmış qalmaqallı şairə, Mövzu qıtlığı olmayan gənc yazar, altı kitab müəllifi Yeganə Oqtay qızı Bağırova dır. 

Hər zaman yeniliklərlə diqqət mərkəzində olan Yeganə xanım, xoş gördük sizi. Necəsiz? 

Çox sağ olun, minnətdaram diqqətiniz üçün. Sizin də qeyd etdiyiniz kimi, yeniliklərlə məşğulam. Qarşıda yeni proyektlərə imza atacağım günlər var...

Son aylar bir neçə plastik əməliyyatları ard-arda keçirdiniz, buna səbəb nə idi? 

Bir Qadın 30 yaşına kimi gəncdir, gözəldir. 30 yaşa kimi düşünürəm ki, heç bir plastik əməliyyata ehtiyac duyulmur. (Təbii ki,istisnalara həmişə var.) Bu yaşa qədər olan gözəlliyi qoruyub saxlamaq üçün isə 30 yaşdan sonra estetik əməliyyat önəmlidir. Kim nə deyir desin amma mən belə düşünürəm. Qadının hər yaşda gözəl görünməsi onun haqqıdır. Və bu onun öz əlindədir. 

Maraqlısı da bundadır ki, siz bu əməliyyatları heç kəsdən gizlətmədniz. Tənqid atəşinə tutulmaqdan qorxmadınız? 


Mən hər zaman nə edirəmsə aşkarda edirəm. Kimdənsə nə qorxacaq, nə də çəkinəcək bir yerim yoxdur. Allaha şükürlər olsun ki, ağlım da hələ başımdadır. Yalnış bir addım atacaq qədər ağlımı itirməmişəm. 2 cisi isə estetik əməliyyatı bütün məşhurlar, və sadə insanlar etdirir. Biz 21 ci əsrdə yaşayırıq. Mən bəziləri kimi yalandan demirəm ki, Allah məni belə qüsursuz yaradıb. (gülür...) Keçirdiyim estetik əməliyyatları insanlarla bölüşməyim həm də ondan ibarətdir ki, insanlar seçim edərkən yanılmasınlar. 

Burda həkimlərinizində reklamı güclü gedir amma... 

Yox! Əsla yox! Bir həkimin ən böyük reklamı onun həyata keçirdiyi saysız hesabsız uğurlu əməliyyatlarıdır. Mən də uzun müddət araşdırmalarım və axtarışlarımdan sonra qərar qəbul etdim və estetik əməliyyatlarımı müxtəlif peşəkar həkimlərimizə həvalə etdim, həyata keçirdim. 

Məncə əməliyyata heç gərək yox idi. Müşahidəmə əsasən çəkdirdiyiniz şəkillərlə daha çox gündəmdə olursuz...

Sosial bir insan olduğum üçün insanlar məndən hər gün yeni paylaşımlar tələb edirlər və mən də onların istəklərini nəzərə alıram. Onlar da, paylaşımlarımı sevə-sevə "like" edirlər. Bu danılmaz bir faktdır ki, bəzən ailə tərbiyəsi görməyənlər, klaviatura arxasında oturub ağızlarına və ağıllarına gələn qeyri etik ifadələr işlədirlər paylaşımlarımın altında. Bu da təbii ki, məni sevənlərdə qıcıq yaradır. Heç də xoşa gələn bir hal deyil. Insanlar düşümürlər ki, mən sosial bir insanam. Mən açıq saçıq paltar da geyinə bilərəm, mən çimərliyə kupalnik da geyinib gedə bilərəm və mən hər hansısa bir mövzuya açıq aydın öz fikrimi də bildirə bilərəm.

Insanlar o qədər çərçivədə yaşamağa öyrəniblər ki, onlar "Azadlıq "nədir, "Azad fikir" nədir onu bilmirlər. Məsələn mənim sosial həyatımla, şəxsi həyatım tam fərqlidir. Mən gündəlik həyatımda nə kupalnikla gəzmirəm,nə də açıq saçıq geyinmirəm. Hər yerin, hər məkanın öz geyimi var mənim üçün. Düşünürəm ki, insanlar ilk öncə sosial şəbəkədən necə istifadə olunmalıdır onu öyrənməlidirlər. Çox şükürlər olsun ki, yaxın zamanlarda belə insanlar üçün hüquqi bir ölçü götürüləcək. 

Yeganə Bağırova 

Altı aya yaxındır ki, bütün dünyanı öz cənginə almış "Covid 19" pandemiyasının  karantin günlərini yaşayırıq. Bir sosial insan olaraq,bu sizin üçün çox çətin deyil ki? 


Xeyir çətin deyil. Bu vərdişə mən çoxdan yiyələnmişəm. Vaxt olub ki, hər hansısa bir yazının üzərində günlərlə tək bir otaqda oturub çalışmışam, vaxt da olub ki, günlərlə insanların içərisində olmuşam. Əgər bir yaradıcı insan hadisələrə real baxırsa bu onun üçün heç vaxt  çətin olmayacaq. Ikinci tərəfdən yanaşdığda isə hər bir insan özünü tapmaq üçün mütləq tənha qalmalıdır. Bu da bizlərə bir şansdır. (gülür) 

Məşhurluq bir gənc yazar üçün, şair üçün nə deməkdir? 

İlk öncə onu qeyd edim ki ,Məşhurluq heç də yaxşı bir şey deyil. Məşhur olmaq hər şeydən uzaq olmaq deməkdir. Çərçivədə yaşamaq deməkdir. Əgər sən məşhursansa insanların sənə qarşı fikirləri də müxtəlif olacaq. Sən də çalışacaqsan onlar "nə deyər ", "onlar nə düşünər" lərlə yaşamağa Bu səbəbdən məşhurluq hər kəsin sənin həyatına girməsi deməkdir. 

Milyonların, Milyardların içində fərqlənmək də Allahın yazara bir lütfüdür. Razısız bu fikirlə? 

Əlbətdə razıyam. Qələm sahibi olmaq sözsüz ki, istedaddır. Amma indiki zamanda qələm sözünü klaviatura əvəzləyir. Mən öz yazılarımı ilk öncə kağıza yazıram daha sonra isə onları kompüterə köçürürəm. Əl yazma mənim üçün başqa bir aləmdir. Əl yazmadan aldığım zövqü söz ilə ifadə edə bilmərəm. 

Şairlərin bəziləri dərddən, bəziləri isə sevgidən yazır. Bəs siz necə? 

Mən fərqli obrazlada yazıram. Şeirlərimdə baş verən hadisələr mənim yaşadıqlarım olmur. Umumiyyətlə mən çalışıram ki, kiminsə gedişini, dərdi qəmi şeirlərimdə əbədiləşdirməyim. Xoşbəxtlikdən yazmaq mənim üçün daha önəmlidir. 

Sizinlə həmsöhbət olmaqdan zövq aldım. Suallarımı səmimi cavablandırdığınız üçün çox sağ olun. 

Çox xoş oldu sizinlə həmsöhbət olmaq, təşəkkür edirəm dəvətiniz üçün.


Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın