Gənc bloger: Şəhid ailəsinin problemini çəkirəm, bunu kim də xahiş etsə, silmərəm - Müsahibə

07, 06, 20
10:56

Gənc bloger: Şəhid ailəsinin problemini çəkirəm, bunu kim də xahiş etsə, silmərəm - Müsahibə


Azerbaycanrealligi.com xəbər verir ki, “Facebook” sosial şəbəkəsinin tanınmış səhifələrindən olan “Azərbaycan Reallığı”nın baş admini Dəyanət Babayev Azinforum.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik: 

– Özünü nə sayırsan : bloger, sosial şəbəkə istifadəçisi, yoxsa jurnalist?

– Mən özümə heç vaxt jurnalist deməmişəm. Hazırda blogerlik fəaliyyəti ilə məşğul oluram.

– Bu fəaliyyəti hansı platformalar üzərindən həyata keçirirsən ?

– Mən yalnız “Facebook” sosial şəbəkəsində aktivəm. Əsas fəaliyyətim də “Azərbaycan reallığı” səhifəsi üzərindən aparılır.

-Blogerliyi necə öyrənibsən və ali təhsilin varmı?

– Mənim ali təhsilim yoxdur. Bu səbəbdən də aktiv jurnalistika fəaliyyəti ilə deyil, blogerliklə məşğul oluram. Üç sinif bitirən və özünə baş redaktor, tanınmış jurnalist dəyənlər kimi özümü gülüş hədəfinə gətirmək istəmirəm. Mən blogerliyi jurnalistikanın yardımçı sahəsi adlandırıram. Bloger  gördüyü istənilən məlumatı qeyri-peşəkar formada da təqdim edə bilər, ancaq jurnalist bunu etməməlidir.

-Biz səni müxalifətin aksiyalarında, piketlərdə tez-tez görürdük. Artıq siyasi fəaliyyələ məşğul deyilsən?

-Mən uzun müddət AXCP-nin fəal üzvlərindən olmuşam. Həmin partiyadan istefa verib, yollarımı ayırandan sonra, blogerliyə başladım.

-Maliyyələşmən necədir?

– Səhifəmin 200 minə yaxın izləyicisi var. Bəzi şirkətlər və xəbər saytları xəbərlərini reklam əsasında mənim səhifəmdə paylaşmaqda maraqlı olur. Şou biznesə yeni qədəm qoyan, populyarlaşmaq istəyən gənc müğənilərlə də əməkdaşlıq edirik.

-Siz yaydığınız materialların mötəbərliyinə, dövləti, milli maraqlarla uzlaşmasına fikir verirsinizmi?

-Təbii ki, veririk. Çətinlik yarananda peşəkar dostlarım olan jurnalistlərin məsləhətindən istifadə edirəm.

-Adın tez-tez müxtəlif qalmaqallarda hallanır. Bir neçə dəfə hətta döyülübsən də. Sonuncu dəfə döyüləndə dedilər ki, hansısa xanıma görə təzyiqə məruz qalıbsan…

– Səhifəmin 200 minə yaxın izləyicisi var. Bəzi şirkətlər və xəbər saytları xəbərlərini reklam əsasında mənim səhifəmdə paylaşmaqda maraqlı olur. Şou biznesə yeni qədəm qoyan, populyarlaşmaq istəyən gənc müğənilərlə də əməkdaşlıq edirik.

-Siz yaydığınız materialların mötəbərliyinə, dövləti, milli maraqlarla uzlaşmasına fikir verirsinizmi?

-Təbii ki, veririk. Çətinlik yarananda peşəkar dostlarım olan jurnalistlərin məsləhətindən istifadə edirəm.

-Adın tez-tez müxtəlif qalmaqallarda hallanır. Bir neçə dəfə hətta döyülübsən də. Sonuncu dəfə döyüləndə dedilər ki, hansısa xanıma görə təzyiqə məruz qalıbsan…

-Sonuncu qalmaqalın jurnalistika və ya hansısa xanımla heç bir bağlılığı yox idi.  Sırf təsadüf nəticəsində baş verən insident idi. Mən bəzi məmurları sərt tənqid etmişdim. Düşündüm ki, həmin fəaliyyətlə bağlı ola bilər. Ancaq araşdırıldı və belə hal müəyyən olunmadı

-Heç yaydığın informasiyanı sildirmək istəyirlərmi və belə müraciətlər olanda hansı cavabı verirsən?

-Olur, özü də çox.  Hər bir belə xahişi nəzərə ala bilmərik. Amma bir də görürsən elə adam zəng edir ki, onun xahişini nəzərə almaya bilmirsən. İllərlə çörək kəsdiyin adamın xahişini necə geri çevirə bilərsən?

– Belə addımların atılması, kiminsə xahişinin nəzərə alınması media prinsipinə zidd deyilmi? 


-Baxır hansı materialı xahiş edirlər. Məsələn, mən gedib hansısa şəhid ailəsinin problemini çəkirəm, bunu kim də xahiş etsə, silmərəm. Bir də görürsən ki, hansısa məmurdan tənqid gedir və ona yaxın olan bir həmkarımız xahiş edir, bunu nəzərə alıram. Silməsəm, xahişi eşitməsəm nə olacaq? Bütün münasibətlərə xələl gələr axı.

– Deməli, belə məsələdə ictimai qınağı ikinci plana keçirirsən? 

– Mənim anlamımda dostluğa, şəxsi münasibətlərə önəm verilməlidir.  Bələ olmayanda adamı başqa cür qəbul edirlər. Məgər, digər sahələrdəki həmkarlar bir-birinin xahişini nəzərə almırlar? Onda biz niyə etməyək? Məsələn, bizim  belə məsələrlə bağlı son dərəcə prinsipial olan bir həmkarımız var. Criminal.az saytının baş redaktoru Anar Məmmədovu deyirəm. O, hətta ən yaxın dostlarının belə xahişini nəzərə alıb xəbər silmir. İndi gəlin görək, Anar Məmmədova media cameəsində münasibət necədi? Mən elə olmaq istəmirəm.

-Çox mübahisəli və təzadlı bir paralel oldu…

-Mənim Anar Məmmədova hörmətim var, ancaq reallıq nədirsə, onu dedim.

– Səni tez-tez hansısa məmurlara qarşı aparılan kampaniya və ya bəzi məmurların aktiv müdafiəsində görürük. Yəni  bu həm də sifariş əsasında fəaliyyət göstərmənə dəlalət edə bilərmi?

-Kimisə müdafiə edə bilərəm. Ancaq heç bir kampaniyaçılıqda iştirak etmirəm.

-Onda belə çıxır ki, tam müstəqilsən?

-Etiraf edim ki, mənim kimi yiyəsiz fəaliyyət göstərmək çox çətidir. Böyük “Facebook” səhifələrinin hamısı kimlərəsə bağlıdır. Söhbət məmur və oliqarxlardan gedir.

-Konkret adlar çəkə bilərsənmi?

-Xeyir, konkret adlar çəksəm, bu skandala çevrilə bilər.

-Ailəlisənmi?

-Yox, subayam.

-Bəlkə başına gələn problemlər həm də bu amillə bağlıdır?

-Ola bilər (Gülür-red)

-Polad Aslanov məsələsində adın niyə hallanırdı?

-O işlə bağlı hazırda məhkəmə istintaqı gedir, ona görə də bu barədə danışmaq istəmirəm. Mənim həmin adamla yaxınlığım olub və güman edirəm ki, adımın həmin işlə bağlı hallanması təsdaüfi deyil

-İndi kimlərlə dostluq edirsən?

-Mən  münasibətlərə açıq adamam. Kimin marağı olursa, onunla münasibət saxlayıram. Elə ürəyimin açıqlığına görə, sonradan problemlər yaşayıram.

-Oturub-durduğun blogerlər, jurnalistlərlə informasiya mübadiləsi edirsinizmi?

-Mənim kifayət qədər oxucum olduğu üçün, çox vaxt dostlar mənə zəng edib nə iləsə maraqlanır.

-Özünüzə rəqib hansı səhifələri sayırsınız?

-Mən demirəm ki, bir nömrəli səhifə mənəm. Yaxşı işləyən səhifələr çoxdur.

-Tez-tez səhətindən şikayətlənirdin. Ürəyində problemlərin olduğunu yazırdın. İndi necədi sağlamlığın?

-Mənə həm dövlət, həm də şəxsi adamalar tərəfindən kifayət qədər yardım olundu. Müalicəm hazırda da davam edir.

-Deyəsən, özünə şəxsi həyət evi də alıbsan. Bunda blogerlik qazancının rolu olub, yoxsa…

-2011-ci ildə inzibati qaydada həbs edilmişdim. Həmin həbslə bağlı məhkəmə prosesini Avropa Məhkəməsinə kimi aparıb çıxardım və ordan mənə bəraət, təzminat kimi isə 10 min avronun verilməsi qərarı çıxarıldı. Evi də həmin pula aldım.

-Sənin hüquq-mühafizə qurumları ilə yaxın əlaqələrindən də çox yazırlar…

-Bunlar böhtandı. Üzdə oldunsa, barəndə çox şeylər danışacaqlar.

-Ofisin varmı?

-Xeyir, əlimdə telefon gəzirəm. Bütün işi telefonla görürəm.

-Maliyyən olsa,  fəaliyyətini genişləndirə bilərsənmi?

-Təbii ki, ayırsınlar və nəticəyə baxsınlar.

Çinarə SEYİDOVA

Azinforum.az







Bizimlə əlaqə saxlayın