sitename

Parapsixoloq alim: Ekstrasenslərin hamısı yalançıdır. İllərlə həkimlərə pul töküb sağalmayan xəstəni mən bir seansa sağaltmışam


Dövrümüzün İbn Sinası, parapsixoloq alim, hacı Asif Əskərov Azerbaycanrealligi.com saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

Asif bəy, necə oldu ki, bu elmlə məşğul olmağa başladız? 

Mən uşaq olanda anam xəstə idi. Vəziyyət belə idi ki, evə girəndə narahat olur, çölə çıxır düzəlirdi. Neçə həkimə müraciət etdik, dərdi tapılmadı. Bir gün qonşu arvadla anam öncəgör yanına getdilər. Həmin öncəgör anama demişdi ki, bu gün evə qayıtma, bu kənddə bir qohumunda qal, sənə geri yol görünmür. Anamgil fikir verməyib, evə gəlməyə qərar veriblər. Amma yolda qəzaya düşdülər. 

Sonra necə oldu? 

Anam xəstəxanada yatdı, sağalıb gəldi evə. Hamı bizə yığılmışdı. Qohumlar evi nə qədər axtardılarsa öncəgörün dediyi bağlı yerdəki cadunu tapa bilmədilər. Adam çox idi evdə, ona görə nənəm anamın gəlinlik çaydanını çıxardı ki, çay dəmləsin. Görüb ki, içində cadu var. O cadunu məhv edəndən sonra anam sağaldı, bu gün sağlam ömür sürür.

Allah can sağlığı versin.

Sağ olun, elə o hadisədən sonra mən qərara gəldim ki, bu sahəni araşdırım. Fırıldağı nədir, elmi potensialı nədir? Hamısını oxudum. İran, Əfqanıstan, Özbəkistanda olan mütəxəssislərlə məsləhətləşdim. Xeyli oxudum. Əsasən, sağlamlıq istiqamətində insanlara kömək edirəm.

Hacı Asif Əskərov

Sizə xəstəliyi ilə bağlı müraciət edib nəticə almayan insan olub? 

Olub, elə adamlar artıq gecikmiş insanlardır. Hər şeyin öz vaxtı var. Gərək vaxtında müraciət edəsən.

Öncəgörlüklə elm nə qədərəcədə bağlıdır? 

Çox bağlıdır. Həm də elmin izah edə bilmədiyi məsələlər var. Elm bu gün yuxunu izah edə bilirmi? Yuxuda yerimə məsələsini izah edirmi? Metafizika çox maraqlı sahədir. Elmlə bağlılığı olsa da özü özlüyündə böyük bir sahədir. Mənim iddiam budur ki, psixoloji məsələləri hüceyrə səviyyəsində öyrənməməliyik. Ruh və ruhi məsələlər tədris olunmalıdır. Sevgini hüceyrə səviyyəsində necə izah etmək olar? Və ya qorxunu? Elə insanlar var ki, illərlə xəstəxanalarda qalıb, həkimlərə pul töküb, amma sağalmayıb. Mən onu bir seansa sağaltmışam. 

Ölkədə beş nəfərdən biri özünü ekstrasens adlandırır. Məsələn, biri Zirəddin. Bu barədə nə deyə bilərsiz? 

Hesab edirəm ki, hər bir ekstrasensəm deyən adamın arxasında böyük bir güc var. Siyasi, iqtisadi və ya başqa bir güc. Mən dövrümüzün ekstrasenslərini qəbul etmirəm. Hamısı yalançıdır. Mən də çoxunun yanına adam göndərmişəm, diaqnozu özüm vermişəm ki, heç nə olmayacaq, yenə də göndərmişəm ki, gedin başqasının yanına, görün nə deyəcək? Onlar da Zirəddinin yanına getdilər. Zirəddin xeyli pullarını aldı, nəticə də yoxdur.


Sizin araşdırmalarınız mənə İbn Sinanı xatırladır.

Bəli, bizim həyatımız da oxşardır, ikimiz də eyni səbəbdən bu sahəyə başlamışıq.

Biraz da özünüzə arxayın görünürsüz.

Bəli, mən elmə arxalanıram. Beş min kitab oxumuşam. Böyük bir kitabxanam var. Mən oxuduğum məktəblərdə siyasi maraq görmüşəmsə oradan qaçmışam. Ali məqsədim daha çox öyrənib insanlara xidmət etməkdir.

Əgər bir tribunada dayansanız və bütün Azərbaycan sizi eşitsəydi nə deyərdiniz? 

Deyərdim ki, aldanmayın. Sağlamlığınızı qoruyun. Fırıldaqçılardan uzaq olun. Bəzən mənə deyirlər ki, nə qədər verməliyəm bu iş üçün? Deyirəm mən bazar adamı deyiləm.

Kimlər sizə müraciət edə bilə? 

Sevgidə uğursuz adamlar, qorxusu olan, pissimis olan, daxili narahatçılıq keçirən adamlar. Mən oxuduğum beş min qiymətli kitaba söykənib onlara tam təmənnasız xidmət etməyə hazıram.

Hacı Asiflə əlaqə nömrəsi (050)3485218   
(077)3286965 (WatsApp)

Azerbaycanrealligi.com


Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 552
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 327
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 011
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 958
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar