Milyonları təsirləndirən Muradın məsum diləyi:"Televizora sevindim, amma..."

25, 06, 19
18:52

Milyonları təsirləndirən Muradın məsum diləyi:"Televizora sevindim, amma..."


Bu oğlanı tanıyırsız: hər axşam mağazanın qarşısında özünə bir guşə hazırlayıb, saatlarla sevimli cizgi filmlərini izləyirdi 

Ölkəmizdə yaranan bir sıra problemlərin kökündə təhsilsizlik dayanır desək, yanılmarıq. Xüsusən də qadınların təhsilsizliyi cəmiyyət üçün böyük bəlalar doğurur. Bunlardan biri də bəzi qadınların ana olmaq düşüncəsinin yalnız dünyaya övlad gətirməklə məhdudlaşmasıdır. Yəni belə hallarda yeni doğulan körpənin gələcəyi, taleyi üçün məsuliyyət haqda heç düşünülmür də. Əksər hallarda imkansız ailələrdə 4-5 uşağın olması da elə buna bariz misaldır. Təəssüf ki, bu gün biz bəzi ailələrdə bu arzuolunmaz tendensiyanı müşahidə edirik. Elə budəfəki qəhrəmanımız Murad da imkansız ailənin 4 övladından biridir.

Muradın anası Mədinə Olamidzi 

Bu yaxınlarda Murad sosial şəbəkədə məşhurlaşdı: onun elektron avadanlıqların satıldığı mağazanın qarşısında əyləşərək cizgi filmi izləməsini bir fotoqraf lentə almışdı. Evlərində televizor olmadığı üçün Murad hər axşam bəlli saatlarda mağazalardan birinin qarşısında özünə bir guşə hazırlayıb, saatlarla sevimli cizgi filmlərini izləyirmiş. Təsirli səhnəyə biganə qalmayan xeyirsevən insanlar həmin azyaşlıya televizor hədiyyə ediblər. Azerbaycanrealligi.com xəbər verir ki, Muradın sevincinə şərik olmaq üçün Sputnik Azərbaycan-ın əməkdaşları onun yaşadığı ünvana yollandılar.
Bir evdÉ 10 nÉfÉr mÉskunlaÅan ailÉ
10 nəfərlik ailənin yaşadığı ev 

10 nəfərlik ailənin sığışdığı ikiotaqlı evdə bizi ilk kəsif nəmişlik qoxusu qarşılayır. Yevlaxdan gələrək burada məskunlaşdıqlarını deyən Muradın anası Mədinə Olamidzi övladlarını tək böyüdür: "Uşaqların atası ilə rəsmi nikahımız olmayıb, vətəndaş kəbini ilə yaşayırdıq. Artıq iki ildir ki, ondan səs-soraq yoxdur. Bilmirdim ki, məni qoyub gedəcək. Mənə elə gəlir ki, o, Dağıstan tərəfə gedib".

 Bəzən normal imkanı olan ailələr də valideyn olmağa tələsmirlər. Səbəbi isə onların gələcək məsuliyyəti ilə bağlıdır. Övladının iqbalı ilə bağlı suallar təhsilli, bilikli və azca da olsa, dünyagörüşlü bir valideyni daha çox düşündürür. İmkanı olmasa da, bir neçə övlad dünyaya gətirən şəxslər isə hər zaman belə valideynlərin qınaq obyekti olur. Dörd uşaq anası Mədinə deyir: "Nə bilim, Allah-təala övlad verirdi, mən də doğurdum. Həm də yoldaşım da övlad istəyirdi. O zaman yoldaşımın işi də vardı, hər şey yaxşı idi. Belə olacağını bilmirdim".

Özü kimi, Mədinənin məktəbyaşlı digər iki övladı da təhsilsizdir. Ailənin ən kiçik üzvünün isə 1 yaşı var. 
MÉdinÉ Olamidzi övladlarını tÉk böyüdür
25 yaÅlı oÄlum anadangÉlmÉ iflicdir
Çəkiliş apardığımız müddətdə televizordan başqa hansısa bir əşya gözümüzə dəymir. Muradı evdə də televizor arxasında görəcəyimizi zənn edirdik. O isə quruca döşəmənin üstündə uzanmışdı. Üzündə sevinc əlaməti də yox idi. "Hədiyyəyə görə sevindinmi" sualımıza cavab olaraq başı ilə "yox" işarəsini verdi.

Çünki Muradın ən böyük arzusu heç də televizor deyilmiş: "Mənə oyuncaq maşınlar bağışladılar. Çox sevindim. Televizor da hədiyyə ediblər. Amma ən böyük arzum digər uşaqlar kimi məktəbə getməkdir". Murad deyir ki, televizor hədiyyə edən xeyriyyəçi şəxs onun məktəblə bağlı arzusunu da reallaşdıracaq.

Uşaqların nənəsi Gülgəz Olamidzi isə bizə dolanışıqlarından danışır. Deyir ki, külfət anadangəlmə iflic olan 25 yaşlı övladının hesabına dolanır: "Üç övladım var. 25 yaşlı oğlum anadangəlmə iflicdir. Xəstə olan qızım Mədinənin 4, digər xəstə oğlumun isə 2 övladı var. Bütün nəvələrimə özüm baxıram. Biz oğluma əlilliyə görə verilən pulun hesabına dolanırıq. Bir də ki, sağ olsunlar, şikəst olduğu üçün kənardan övladım üçün pul verib kömək edənlər var. Hərdən də o biri oğluma iş düşür, o, usta kimi işləyib evə çörək pulu gətirir".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın