sitename

İNK sədri Rasim Məmmədov: “kimsə özünü Çingiz Abdullayevdən ağıllı sayırsa, mən onu ən ağılsız adam sayıram”.


Azerbaycanrealligi.com Elşad Baratın “7-lik” layihəsi çərçivəsində İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovla müsahibəsini təqdim edir. 

Rasim müəllim, hərdən mətbuatda sizin haqqınızda qəribə xəbərlər yayılır və sonrada məlum olur ki, ittihamlar əsassız imiş. Deyəsən, düşmənləriniz çoxdur?

Bunlar heç bir instintaq aparılmadan, yalnız bir sözün özərində qurulan intihamlardır. Bir insan öz potensial enerjisini ətrafa sərf edir və ətrafda ona qarşı neqativ qüvvələr yaranır. Qısqanclıq insandan aslı olmayan psixoloji məsələdir. Mən Söhrab Tahir ocağının yetişdirməsiyəm, onun mənəvi oğluyam. Bələ pis hərəkətləri törədən insan deyiləm. Bunu törədən insan heç vaxt xeyir-bərəkət əldə edə bilməz. Təşkilatımızda hər qadını öz bacımız, anamız kimi qəbul edirik. Gücümüz catan düzgün yolu göstəririk. Mənim iki bacım universitet bitirib və mən Bakı Dövlət Universitetinin ziyalıları ilə həmişə əlaqə saxlamışam. Ailədə tək oğlan olmuşam və atamın yanında həmişə dəyərli insanları görmüşəm. İndi bu qurumun sədriyəm və təbii ki, hamı məni sevə bilməz. Çox təəssüf ki, mədəniyyətsiz insanların şər-böhtanlarından qorunmaq münkün deyil. 

İstiyirəm təşkilatınız haqqında umümi məlumat verəsiz ki, bilməyənlər də bilsin?

Təşkilatımız 1996-cı ildə Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi olaraq Xalq Şairi Söhrab Tahir tərəfindən təsis edilib. 2001-ci ildə bu mərkəzə adi üzv kimi qəbul olmuşam. 2003-cü ildə Sabitlik və İnkişaf mərkəzini yaratmışam. Ölkəmizdə keçirilən demokratik seçkiyə dəstək məqsədi ilə bu təşkilat yaranmışdı. 2005-ci ildə Sabitlik və İnkişaf mərkəzi ilə Dünya Azərbaycanlıların Mədəniyyət mərkəzi arasında iş birliyi sənədləri imzalanıb və qüvvələr birləşib. Nəticədə Mədəniyyat mərkəzi adı altında fəaliyyat göstərmişik. 2015-ci ildə cənab prezidentimizin əmri ilə hər iki təşkilat “İctiai Nəzərət Koalisiyası” adı altında yarandı. Artıq neçə ildir ki, “İctimai Nəzərət Koalisiyası” 105 təşkilatı özündə yerləşdirir və ölkədə baş verən proseslərdə öz mövqeini bildirir. 


Son günlərdə sosial şəbəkələrdə bir çox insanlar yazır ki, Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinə dövlət tərəfindən ayrılan pulu mənimsəyib, oğluna Parisdə ev alıb və s. Sizin təşkilatınızın da əvvəl prezidenti olub. Bu barədə nə deyə bilərsiz? 

Çingiz müəllim rüşvətxorluğa qarşı sərt mübarizə aparan insandır. Bu gün əgər kimsə özünü Çingiz Abdullayevdən ağıllı sayırsa, mən onu ən ağılsız adam sayıram. Çünki onun kitabları 50 milyon trajla satılır. İnsanlar öz boş fikirləri ilə gündəmi tutmamalıdırlar. Konkret mövqe bildirilməlidir. 

İctimai Nəzarət Koalisiyası olaraq cəmiyyətə nə xeyriniz dəyir? 

Hər gün saytlarda, sosial şəbəkələrdə təşkilatın keçirtdiyi tədbirlərin şəkilləri paylaşılır. Hər gün iclaslar keçirilir. Bu təşkilata inanan və sevən insanlar var. Biz 12 il təmannasız şəkildə işləmişik, yalnız son 3 ildə dövlətdən qrant almışıq. İldə təxminən 2 dəfə qrant alınır, amma o da dəqiq deyil, çünki qrant udulmaya da bilər. Mənim 15 ildir məşğul olduğum şəxsi biznesim var. Təşkilatın fəaliyyəti üçün əlimizdən gələni edirik. 

Elə təşkilatlar var ki, 10 ildə bir dənə qrant uda bilmirlər. Siz necə udursuz? 

Koalisiya təşkilatında 105 təşkilat birləşdirilib. Təşkilatın bir hissəsi ictimayi təşkilatlar və obyektlərdi, bir hissəsi mediadır, bir hissəsi də mənim kimi öz biznesinə sahib olan adamlardı. Onlar hal-hazırda bizə dəstək olurlar. Təkcə 2018-ci ildə koalisiyaya mindən çox üzv olanlar var, üzvlük haqqı 50 manatdır. Bir neçə insan üzvlük haqqını ödəməkdən azad olunub, şəhid ailələri kimi. Həmişə deyirik ki, bizə pul lazım deyil, insan gəlsin, bir işdən yapışsın və onun cəmiyyətə, insanlara bir xeyiri dəysin.


Məsələn, mən üzv olmaq istiyirəm. Siz mənə nə xeyir verəcəksiz? 

Üzv olmaq üçün 50 manat üzr haqqı ödəmək lazımdır. Bu məbləğlə 1 illik üzv olursuz. Bu 1 il ərzində bizim təşkilatın sıralarında, tədbirlərində, forumlarında iştirak etmək hüququ qazanırsız. Sizin sosial cəmiyyətə aktivliyinizi təmin edirik. 1 il ərzində bu cür təşkilatın üzvlüyün daşımaq şərəfdir. Qüvvələr pulsuz psixoloji və hüqüqi məsləhətlər, eyni zamanda yardım ala bilərlər.  

Ofisiniz çox gözəl, səliqəli və rahatdır. Hiss olunur ki, xeyli xərc çəkmisiniz.

Təşkilatımıza maddi dəstək olan biznesmenlər və sponsorlar var. 


Azerbaycanrealligi.com 

Elşad Barat

Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 173
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR)

  • 24 mar, 15:16
  • 1 491
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüləri yayıldı (FOTOLAR) 
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar

  • 24 mar, 14:27
  • 3 310
Aydın Xırdalanlı torpağa tapşırıldı - Fotolar
Aydın Xırdalanlı vəfat etdi

Aydın Xırdalanlı vəfat etdi

  • 23 mar, 20:01
  • 1 031
Aydın Xırdalanlı vəfat etdi
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar