Ceyhun Nəbi: Biz hamımız konsensusa gəlməliyik.

16, 06, 18
09:47

Ceyhun Nəbi: Biz hamımız konsensusa gəlməliyik.

"Gənc baxış" layihəmizin növbəti qonağı, Cumhuriyyət Siyasi Düşüncə Mərkəzin rəhbəri Ceyhun Nəbidir.


Ceyhun bəy, əvvəl aktiv siyasətdə idiz. Aparıcı siyasi partiyaların birinin gənclər qanadına rəhbərlik edirdiz. Partiyadan ayrılandan sonra, siz partiyalarda görməsək də, aktiv fəaliyyətdəsiz. Məhz niyə partiyasız fəaliyyətə üstünlük verdiz?

Partiyalarda siyasi fəaliyyət hesab edirəm ki, fərdi siyasi fəaliyyətdən daha səmərəli və uğurludur. İlk öncə bu səbəbdən partiyalardan birində yer almışdı və fəaliyyətimidə bu çərçivədə qururdum. Maraqlı bir məqam var ki, bu gün Azərbaycanda siyasi münasibətlərin mahiyyəti dəyişib. Bir tərəfdə əzənlər, bir tərəfdə isə əzilənlər dayanıb. Siyasi mənsubiyyətindən, idealoji baxışından aslı olmayaraq hər kəs əzilir, siyasi tərəf kimi dışlanır. Azərbaycan hakimiyyəti üçün siyasi rəqib anlayışı yoxdur, əks tərəfə düşmən kimi yanaşırlar. Bu səbəbdəndə mənim bir fərd kimi və yaxudda siyasi partiya mənsubu kimi fəaliyyətim eyni anlam kəsb edir. Biz hamımız əzilənlər qrupundayiq, siyasi fəaliyyət imkanları məhdudlaşdırılmışlarıq. Bu məqamda hesab edirəm ki, biz hərakata keçid formasına qədəm qoymalıyıq. Siyasi mənsubiyyətindən, millətindən, dinindən aslı olmayaraq biz hamımız əzənlərə qarşı mubarizə konsensusuna gəlməliyik. Bu səbəbdəndə mən bunun üçün özümü hazırlayıram. Dəyişikliklər üçün harda olmağımdan, kiminlə olmağımdan aslı olmayaraq normal cəmiyyətə qurulana qədər əməkdaşlıq və birlik prespektivlərinə özümü aktiv və hazırlıqlı bir fərd hesab edirəm.

Siyasi partiyadan ayrılandan sonra, Cumhuriyyət Siyasi Düşüncə Mərkəzi yaratdınız. Cümhuriyyət dövründəndə bəhs edən "Sovetlərlə üz-üzə" kitabını yazdınız. Azərbaycan tarixinin müxtəlif məqamları var , niyə məhz Cumhuriyyət ?

Bu mərkəzi biz 24 fevral 2014-cü ildə Əli Bəy Hüseyinzadənin doğum günündə bir qrup respublikaçı gənclə təsis etmişdik. Həmin zaman mən partiyada aktiv fəaliyyətdə idim amma o zaman CSDM-in fəaliyyəti aktiv nəzərə çarpmırdı. Bu mərkəzi quranda biz qarşımıza məqsəd qoymuşduq ki, Respublikaçılıq dəyərlərini gənclər arasında yayaq, bu dəyərləri yenilik istəkli cəmiyyət fərdlərinə aşılayaq. Mühazirələrlə, kitablar çap etməklə, məqalələr yazmaqla, flaşmob və s, ilə. "Sovetlərlə üz-üzə" kitabı bu layihələrin tərkib hissəsidir. Niyə məss Cümhuriyyət dönəmi mövzusu ? ona görəki biz özümüzü Azərbaycan Cümhuriyyətinin, onun daşıdığı dəyərlərin varisi hesab edirik və bu dəyərləri daha yaxsı formada, olduğu kimi mövcud olkəmizdə bərqərar etməliyik. O dönəmin niyə bizə qürur verdiyini, bütün tariximizin ən şanlı səhvəsi olduğunu nəzərə alaraq bu dövrə ayrıca yer verib, dəyərlərə böyük meydan açdığı üçün onu önə çəkirəm.

Ceyhun bəy, SSRİ dağılandan sonra, Azərbaycan dövləti yenidən qurulmadı, bərpa olundu. Subyektiv və obyektiv səbəblərdən bərpa prosesi düzgün getməsə də, bu gün Azərbaycan Respublikası Cumhuriyyətinin siyasi, hüquqi varisidir. Sonradan konstitusiya bir neçə dəfə dəyişildi, siyasi sistem tam mürtəciləşdirildi. Sizcə dövlətin öz kökündən qopmasının səbəbləri nədir?

Biz özümüzü 1918-20-ci illər arasinda mövcud olmuş dövlətin, Azərbaycan Cümhuriyyətinin varisi kimi müstəqilliyimizi bərpa etdik. Bəli biz o dövlətin varisi olsaqda, bərpa prosesi düzgün formada həyata keçirilmədi. O dövlət parlamentli respublika olsada, biz bunu prezidentli respublika etdik. Buna görədə biz ad olaraq varis olsaqda, sistem olaraq varisliyi həyata keçirə bilmədik. 1991-ci 18 oktyabrdan bu günə qədər uzun zaman keçsədə biz bu istiqamətdə heç bir iş görə bilməmişik. Qonsu Gürcüstan və Ermənistan varisliyi tam olaraq həyata keçirdilər. Artiq onlar parlamentli respublika idarəçilik formasına keçiblər. Müstəqil qərarlar vermək, mütərəqqi dünyanın tərkib hissəsi olmaq istiqamətində uğurlu işlərə imza atirlar. Reallıq olaraq onuda qeyd edim ki, biz niyə edə bilmədik bunu, əsas səbəb budur ki, onlarla müqayisədə bizdə avtoritarizm daha dərin və güclüdür. 1993-cu ildən bu yana Azərbaycanda siyasi münasibətlər sivil formada qurula bilmir. Hakimiyyət bütün əks instutları, müstəqil QHT və partiyaları susdurub, iflic formaya salıb. Dəyişiklik imkanları məhdudlaşdırılıbdır. Təklifləri dəyərləndirəcək siyasi mədəniyyət sıfıra bərabərdir.

Qeyd elədiz ki, CSDM yaradadanda qarşımıza məqsəd qoymuşduq ki, Respublika dəyərlərini gənc nəsilə yayaq, cəmiyyətə aşılayaq. Bu yöndə fəaliyyət göstərən siyasi və ictimai təşkilatlara əməkdaşlıq edirsizmi ?

Birbaşa yox amma saglam movqeyli, bizimlə eyni istəyə malik təşkilatlarla, beyin mərkəzləri ilə əməkdaşlıqda maraqlıyıq. Məlum məsələdir ki, fəaliyyət imkanlarımız elədə geniş deyil. Maddi baxımdan problemlərimiz var, həmçinin bizim qurduğumuz məkəzin fəaliyyətinə hakimiyyətdə maraqlı deyil. Biz onların əsas, ana strategiyasına zidd gedirik. Unutamaq lazim deyil ki, ölkəmizdə aftoritarizmin dərinləşməsi prosesi gedir. Totalitarizmə keçid mərhələsindəyik. Son proseslərdə bunu göstərir. Indi tək siyasi mənsubiyyətli yox, həmçinin sadə vənətdaşlarda şərlənərək həbs olunur.

Ceyhun bəy, qeyd etdiz ki, Azərbaycandan fərqli olaraq, qonşu ölkələrdə o, cümlədən Ermənistanda respublika tam bərpa olundu. Sivil cəmiyyətə inteqrasiya xəttini götürüb. Bu Qarabağ məsələsinə nə dərəcədə təsir edəcək ? Bizim zəif bəndə çevrilmə ehtimalı nə qədər real görünür ?

Demoktatikləşmə Ermənistanın, Erməni cəmiyyətinin xeyrinədir. Dünyada özlərinə qarşı inam və etibarı dahada möykəmləndirəcəklər. Bu isə bizim ziyanımızadır. Biz nə qədər mövcud xəttlə gedəcəyik, bu belə davam edəcək. Düşünürəm ki, belə olan halda mütləq Azərbaycanda hakimiyyət dəyişikliyi olmalı, demokratik sistemə keçməliyik ki, əks tərəflə( Ermənistanla) bacara bilək. Movcud şəraitə uygun olaraq demək olar ki, bu istiqamətdə onlar bizdən bir neçə addım artıq öndədirlər.

25 ildə siyasi partiyalar müxtəlif formatda birləşib, hakimiyyəti dəyişmək uğrunda mübarizə aparsalar da, uğursuzluğa oğradılar. Müsahibənin əvvəlində qeyd elədiz ki, hərəkata keçmək lazımdır. Siyasi partiyalarla mübarizə niyə effekt vermir ?

Siyasi partiyalarin rəhbərliyində dəyişiklik istəyindən daha çox, muxalifət daxilində qarşıdurmalara enerji sərf edənlər təmsil olunur. Əsas hədəfə qarşı səmimi şəkildə səfərbər ola bilmirlər. Bunun nəticəsində nəyin ki, siyasiləşmiş insanlarda, həmçinin sadə insanlarinda dəyişiklərə qarşı inamı ölür. Nəticədə sıralarımız azalır, kiçik qruplar halında yerimizdə saymaqla məşğul oluruq. Ona görə hərakat formasına keçməliyik, fərdi iradələrdən, liderlərin oyunlarından qurtulub yeni mühit yaratmaq üçün səfərbər olmalıyıq. Meydanda qərar verməliyik, siyasi oyunçuların çirkin oyunlarına qurban olmalı deyilik. Liderlərə yox, ideyamızın qələbəsinə inanmalıyıq. Sonuna qədər onun bərqərar etmək üçün enerji sərf etməliyik.

Ceyhun bəy, iqtidar demokratik dəyişikliklər tələblərini, regional faktorlarla neytrallaşdırmağa çalışır. Sizcə ölkənin demokratikləşməsi üçün , doğrudanmı maneədir?

Maraqlar balansi qorunana qədər hesab etmək olar ki, belə davam edəcək. Sonrakı situasiyalarda bunu etmək olacaqmı, bu düşündürücüdür. Amma ümumi olaraq qəbul edirəm ki, demokratikləşmə prosesi qarşısıalınmaz bir prosesdir, istənilən halda burada dəyişiklikərə zəmin yarada biləcək situasiya yetişə bilər.

Ceyhun bəy, son olaraq oxucularımıza nə demək istəyərdiz?

Oxuculardan tək istəyim budur ki, Azərbaycanda respublikaçılıq dəyərlərinin bərpasında fəal olsunlar. Biz bu dəyərləri bərpa etdikdən sonra ölkəmizdə sağlam cəmiyyətin qurulması üçün ciddi zəmin yaranacaq. Bizim istək və arzularımız ancaq-ancaq bu sistemdə reallaşa bilər. Əgər bizi eşitmək istəməyən, təkliflərimizi nəzərə almayan idarəçilik modeli olacaqsa bizim bir iş görməyimizə ehtiyac qalmır. Sivil Cəmiyyəti qurmaq, respublikanı bərpa etmək üçün bütün gücümüzü səfərbər etməliyik. Azərbaycanın nicatı budur. Tək iradəyə, bizi aldadanlara, yalançılara, oğrulara, talançılara, rüşvətxorlara, şərbazlara, milli iradəmizi əzənlərə, köklü islahatlara sədd yaradanlara, Azərbaycanın gələcəyini qaranlıqlara sövq edənlərə yox deməyə çağırıram.

Rüfət Əliyev

Bizimlə əlaqə saxlayın