Mübariz Məsimoğlu yazır... Anar Məmmədovun xanımlardan umduğu nədir, yaxud xanımlar Anar Məmmədovdan nə istəyirlər?

15, 11, 21
13:51

Mübariz Məsimoğlu yazır... Anar Məmmədovun xanımlardan umduğu nədir, yaxud xanımlar Anar Məmmədovdan nə istəyirlər?


Çox maraqlı hallar baş verməkdədir. Anar Məmmədov bir il bundan əvvəl İsmayıl Cəlilovun Tv-esinə çıxıbmış.
5 gün bundan əvvəl həmin tevedə verdiyi müsahibəni öz səhifəsində paylaşıb. Həmin müsahibədə bir neçə məqam xüsusilə diqqətimi özünə çəkdi. Bir tərəfdən deyir ki, Məlahət Qurbanova əvvəlcə onu Yasamal Rayon Məhkəməsinə veribmiş. Sonradan onu uzaq yollara salmaq üçün Ağdam Rayon Məhkəməsinə üz tutub Məlahət xanım.

Həm düz  deyir, həm də yalan. Bəli, bəli, Məlahət xanım iddia ərizəsini əvvəl Yasamal Rayon Məhkəməsinə verib. Amma Anar Məmmədov işi uzatmaq üçün Ağdamda yaşaması ilə bağlı Məhkəməyə arayış təqdim edib.  Bu səbəbdən yaşayış yeri üzrə iddia Ağdam Rayon Məhkəməsinə təqdim edilib. Sonra Anar Məmmədov həmin verilişdə vurğulayır ki, guya Məlahət xanımın arxasında hökümətdən kimlərsə dayanıb, onu tutdurmaq istəyir. Yenə yalan danışır. Məlahət xanım Məhkəməyə müraciət etməmişdən əvvəl ona yazılı müraciət edərək işlətdiyi "lombard Məlahət" ifadəsindəki " lombard" sözünün adının qabağından silinməsini istəyib. Əgər Anar Məmmədov buna əməl etsəydi, Məlahət xanım məhkəməyə müraciət etməyəcəkdi.

Çünki Məlahət xanım sözə, yazı- pozu adamlarına dəyər verən bir ailədə böyüyüb və həmin ənənəyə sadiq qalan, dövlətinə, vətəninə, millətinə fayda verən ləyaqətli bir insandır. Məlahət xanımı məhkəməyə müraciət etməyə Anar Məmmədov özü vadar edib. Dəfə- dəfə Məlahət xanımın acığına həmin ifadəni işlətməklə. Elə həmin verilişdə özü- özünü dəfələrlə inkar edir. Gah deyir polis məni diskrinimasiya edir.

Gah da deyir ki, polis məni çox mehribanlıqla qarşılayır. Gah deyir hökumət məni yazdığım yazılara görə sıxışdırır. Gah da deyir belə şey yoxdur. Bizim ölkədə mətbuat azaddır. Sıxışdırılan jurnalistlər qeyri -peşakardırlar. Nə isə... Gəncə Apelyasiya Məhkəməsi çıxardığı qərarı icraya yönləndirib. İş Sabunçu Rayon icra şöbəsinin icraatındadır. Anar Məmmədov Məhkəmə qətnaməsinə əsasən həm təkzib verməlidir, həm də pul.

Amma o, kiməsə və nəyəsə arxayın olduğundan icra şöbəsinin çağrışlarına gəlmir.Bu səbəbdən də İcra şöbəsi onun məcburi gətirilməsilə bağlı qərar qəbul edib.Həmin qərardan mənə məlum olur ki, o Məlahət xanımdan başqa daha iki xanımla da məhkəmə çəkişməsinə girişib və uduzub. Məlahət xanımın timsalında mənə bəlli olan budur ki, Anar Məmmədov əlində olan mətbu imkandan istifadə edərək uca xanımları öz səviyəsinə endirmək istəyir. Xanımlar isə onun islah olunmasını. O, isə islah olunana oxşamır...

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın