Daha bir sayt fəaliyyətə başladı. Həmkarlarımızı təbrik edir və tutduqları bu yolda müvəffəqiyyətlər arzulayırıq

18, 11, 20
20:57

Daha bir sayt fəaliyyətə başladı. Həmkarlarımızı təbrik edir və tutduqları bu yolda müvəffəqiyyətlər arzulayırıq


Bu  gün  internet  mətbuatının  ön sıralarda  irəlləməsi  Azərbaycan  mətbuatının  uğurlarından  xəbər verir. Günü-gündən  müxtəlif  başlıq  adları altında  informasiya  agentlikləri   oxucuların  ixtiyarına  verilir.İnternet  mətbuatının bir-biri ilə  sağlam  rəqabətə  başladığı  bir  vaxtda  DOĞRU.AZ  informasiya  agentliyi də  mətbuat  aləminə  öz  qədəmlərinə  qoyur. DOĞRU.AZ  digər  informasiya  agentliklərindən  üstünlüyü  ondan  ibarətdir  ki, adından da  göründüyü  kimi   hadisə  yerindən  xəbərləri  adına uyğun olaraq, doğru, düzgün, dəqiq və bütün  hüquqlar  çərçivəsində  oxucuların  diqqətinə  çatdırmaq,  əsas hədəf nöqtəsidir. Yaradılmış  yeni  xəbər  portalının daxilində  yer  alan  xəbər hissələrinin  ölçüsü və  meyyarı  ondan  ibarətdir ki, Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və.s həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlərlə oxucuları  agah  etsin.Dövlətçilik maraqlarını qorumaq və cəmiyyəti məlumatlandırmaq DOĞRU.AZ ın başlıca  şüarıdır. Yeni  istifadəyə  verilmiş   xəbər  agentliyi  çap  olunan  xəbərlərini  bütün  sosial  şəbəkələr  vasitəsi  ilə  yayımlayaraq,  oxucuları  tez  bir  zamanda  xəbərlərlə  xəbərdar  etməyi  özünə  borc  bilibdir. Onu da  diqqətə  çatdıraq  ki, yeni  yaradılmış  infomasiya  agentliyinin  vəzifəsi  yalnız  yazı  şəkilində  xəbərlər  yayılmamaq  deyil, qarşıya  qoyulmuş  əsas  məqsəd  fiziki  və  hüquqi  şəxslərlə  görüşmək,  reportaj  formasında  xəbərlər  hazırlayaraq,  diqqətə  çatdırmaqdır. Bununla  yanaşı  rüşvətə və  korrupsiyaya  bulaşmış  məmurları  ifşa  edərək, Azərbaycanın  adına  ləkə  salmalarının qarşısını  almaqdır.

  Qeyd  edək ki, Azərbaycan  Respublikasının Prezidenti  İlham Əliyev cənablarının  Azərbaycan  mətbuatına və  mətbuat nümayəndlərinə  göstərdiyi  qayğı  və  diqqət  onu  deməyə  əsas  verir  ki,  Azərbaycan  mətbuatı  ehtibarlı  əllərdədir. Hər  gün  çiçəklənərək,  uğurlara  yön  alan  Azərbaycan  hər  bir  sahədə  olduğu  kimi  mətbuat  sahəsində də,  dünya  arenasında  öz   sözünü  deyərək, layiqli  imzasını  atıbdır.

   Yeni  yaradılmış  DOĞRU.AZ  informasiya  agentliyinin rəhbəri  İlqam  Cəbiyevə   bu  çətin,  yorulmaz  işində  uğurlar, informasiya  agentliyinə  isə  geniş  oxucu  kütləsi  arzulayırıq.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın