Novella Cəfəroğlu həbsdə olan birinci qrup əlil jurnalistlə bağlı məsələ qaldırdı nazirlik reaksiya verdi

01, 08, 20
16:29

Novella Cəfəroğlu həbsdə olan birinci qrup əlil jurnalistlə bağlı məsələ qaldırdı nazirlik reaksiya verdi


Jurnalist Rauf Soltanov hazırda 17 saylı cəzaçəkmə müəssisəsində məhkumdur. Həbsdən azad edilməsinə 5 ay qalıb. Birinci qrup əlildir, üstəlik də koronavirus xəstəsidir. Başqa xəstəlikləri də var, durumu ağırdır.

Azerbaycanrealligi.com xəbər verir ki, Bunu Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, bu il əfv sərəncamı imzalanmasa da, Ədliyyə Nazirliyində fəaliyyət göstərən komissiya 1 il və daha az həbs müddəti qalan şəxslərin azad edilməsi üçün hər həftə bir araya gəlir:

 Rauf Soltanov

“Ərizələri toplanır və Əfv Komissiyasına göndərilir. Sonra da azad edilirlər. İndiyə qədər xeyli məhbus azad olunub. Lakin Rauf Soltanov hələ də azad edilmir”.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən saytımıza bildirilib ki, adı çəkilən məhbusla bağlı məsələ nəzarətə götürülüb və araşdırılacaq.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın