Azərbaycan məmurlarını ifşa edən araşdırmaçı jurnalist döyülüb - FOTOLAR

07, 07, 19
13:24

Azərbaycan məmurlarını ifşa edən araşdırmaçı jurnalist döyülüb - FOTOLAR


Söz və mətbuat azadlığı bildiyniz kimi bütün dünyada ən prioritet sahədir. Jurnalistlər, demokratiya yolu tutmuş istənilən cəmiyyətdə və dövlətdə azad, demokratik faliyyət göstərməkdədir. Avropa ölkələrində araşdırmaçı jurnalistlərlə hətta demək olar ki, dövlət başçıları, huquq-muhafizə orqanları hesablaşır və əməkdaşlıq edir. Dövlətlərinə, vətənlərinə xələl gəlməsin deyə jurnalistin muxtəlif araşdırmalarında onlarla əməkdaşlıq edir, bir sözlə jurnalistkanın araşdırma tərcübəsindən bəhrələnirlər. Azərbaycan Avropa şurasının üzvü olsa da, çox təəssüflər olsun ki, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirə bilmir. Azad fikir söyləyən gənclər, ciblərinə narkotik atılaraq, yaşadıqları evlərindən silah-sursat tapılıb çıxarılaraq, müxtəlif cür bahanələrlə şərlənərək həbs olunur. Təqibə və təzyiqlərə məruz qalırlar. Bu hal ən çoxda media sahəsində müşahidə olunur. Hər hansı bir iribuynuzlu məmur haqda araşdırma edən, onların hansı çirkli pullarla var dövlətə sahib olduğunu, xarici ölkələrdə hansı pullarla özlərinə biznes imperiyası quraraq şan-şöhrət içində yaşadıqlarını ifşa edən, Azərbaycanda bir çox iqtisadiyyat və biznes sahələrini manipoliyaya almaları haqda araşdırma aparıb yazan jurnalistlər ya şərlənərək həbs olunur, yaxud da, sözügedən məmurların saxladıqları xususi "qoçu"ları tərəfindən izlənilərək elə mənzil başına çatarkən yolun ortasında ogurlanaraq muxtəlif istqamətə aparılır, döyülərək təzyiqlərə, hədələrə, xəbərdarlıqlara məruz qalırlar. Ölkənin huquq muhafizə oraqnlarına muraciət olunanda, sanki onlarda hər şeyi əvvəlcədən planlaşdırılmış şəkildə bilirmiş kimi, istintaq işinin normal aparılma istqamətində biganəliyə yol verib işə qərib yanaşırlar.

Azerbaycanrealligi.com Informasıya Agentliyinin analitik şöbə müdiri, araşdırmaçı jurnalist Vüqar Məmmədağayev aylardı araşdırma aparıb ictmayiləşdirdiyi Azərbaycan məmurlarının muzdlu saxladığı qoçu dəstələrindən birinin hucumuna məruz qalıb. Hesab edirik ki, hücuma məruz qalmasına ən çox səbəb olan, SOCAR prezidenti Rövnəq Abdullayevin qanunsuz yollarla dəyəri millyonlarla, bəlkədə milyardlarla ölçülən əmlaklarinin və biznes imperiyasının araşdırılması ilə yadda qalan sənədli, sübutlu yazılarıdır.

Əməkdaşımız 05 iyul 2019-cu il tarixində, təxminən gecə saat 00:30-00:40 radələrində dostunun toyundan evə qayıdarkən yaşadığı, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 34 ünvanda yerləşən yaşadığı binanın girişində tanımadığı şəxslərin hücumuna məruz qalıb. Ona qəfil hucum edərək əl-qolunu burub maşına mindirib, avtomobilin içərisində isə başına qara torba keçirib Yasamal rayonunda yerləşən Qanlı göl deyilən əraziyə aparıblar. Həmin "Qanlı göl"dür ki, orada vaxtilə kırminal aləmin "razborka"ları keçirilib. Bir sözlə bərk gedən insanların haqq-hesab məsələləridə elə həmin "Qanlı göl" ərazisində çürdülüb. Son illərdə Vüqardan öncə də, bir neçə jurnalist həmin əraziyə aparılaraq əl qolları bağlanaraq döyülmüş, fiziki cəhətdən saglamlıqlarına agır xəsarətlər yetrilmişdir. Daha sonra sözügedən jurnalistlər ölkəni tərk edərək müxtəlif Avropa ölkələrinə sığınıb yaşamaq məcburiyyətində qalmışdırlar.



Vüqar Məmmədağayev bildirir ki, onu Qanli göl ərazisində əli baglı, başına torba keçirilmiş halda düşürüb özünü Rövnəq Abdullayevin və Göyçay rayon Icra Hakimiyyətinin başçısı Səlim Mehtizadənin adamı kimi təqdim edən idmançı bədən quruluşuna malik şəxslər ( qeyd: Səlim Mehtizadə pirezdent aparatının rəhbəri Ramiz Mehtiyevə yaxınlığı ilə seçilir) hədə qorxu gələrək adıçəkilən iribuynuzlular haqqında hansı əsasla yazı yazdığını, ona kim ixtıyar verdiyini, bu əməllərindən tez bir zamanda əl çekməsə, o dünyaya göndəriləcəyini bildirərək, yüngül xəsarət yetirməklə, bir sözlə reketlik yolu ilə haqq-hesaba çekmişlər. Vüqar onlardan birinin adının Tiral olduğunu bildirdi. Onlar öz aralarında danışarkən rəhbər kimi ona Tural müəllim deyə müraciət ediblər. Tural müəllim adlandıran şəxs isə ara-sıra mobil telefonla danışaraq hadisə ilə bağlı kiməsə məlumat verirdi deyir. Məlumat verdiyi şəxsi isə general adlandırırdı. Biz hesab edirik ki, general adlandırılan şəxs SOCAR təhlükəsizlik idarəsinin rəisi Rəşad Abdullayevdir. Tural isə onun müavini, eyni zamanda daxili təhqiqatlar idarəsinin rəisi vəzifəsini daşıyan Tural Səfərlidir. Təbiiki bunlar ehtimaldır. Hüquq mühafizə orqanlarının bu məsələni araşdırıb dəqiqləşdirməsinə ehtiyac var. Təxminən hadisədən 2-3 saat sonra onlar əməkdaşımızın başından torbanı çıxarıb, əl-qolun açıb hadisə yerindən kənarlaşıblar.


Araşdırmaçı jurnalist Vüqar Məmmədağayev baş vermiş xoşagəlməz hadisə ilə baglı huquq-muhafizə orqanlarina muraciət etmək niyyətində olmadığını bildirir. O hesab edir ki, eyni və ya oxşar hadisə təxminən 10 il əvvəl "Azadlıq" qəzetinin əməkdaşı Fikrət Hüseyinli və Aqil Xəlilin, daha sonra "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin başına gətirilmişdir. Bahəddin Həziyevi muxtəlif yollarla susdurmağa nail olsalarda, digərlərinə nail ola bilməmişdirlər. Lakin Aqil Xəlil və Fikrət Hüseyinli tab gətirə bilməmiş, sonda ölkəni tərk etmək məcburiyyətində qalmışlar. Onlar huquq-muhafizə orqanlaarına muraciət etsələrdə, heç bir müsbət nəticə əldə edilməmişdir. Əksinə, polis və prakrorluq əməkdaşları, onların özlərini ittiham etmək istəmişdirlər. Ona görə əməkdaşmız hesab edir ki, polisə muracət etmək heç bir nəticə verməyəcək. Əksinə, özünə yönəldiləcək və bu hal Azərbaycanda adət ənənəyə çevrilərək davam edəcək.


Vüqar Məmmədağayev bildirir ki, hal-hazırda səhhəti ilə baglı təbii yolla, bitki tərkibli vasitələrlə mualicə olunur. Azda olsa ağrıları hiss olunur. O deyir : -açığın deyim ki, qorxu içində yaşayıram. Artıq gec saatlarda evə gedə bilmirəm. Düşünürəm ki, həmən hadisə yenə baş verəcək. Yol gedəndə sağa-sola baxıram. Bir sözlə məni pisxaloji olaraq qorxu içində yaşadırlar. Araşdırmaları, dərc olunan yazıları işlədiyim Azerbaycanrealligi.com saytından silinməsini tələb edirlər. Gizli nömrələrdən gecə saatlarında zənglər edib hədə-qorxu gəlirlər. Ailəm, körpə uşaqlarım narahat olur. Bəzən ailəmə hər hansı bir xəsarət yetirərlər deyə çəkinirəm. Çıxış yolu axtarıram. Əməkdaşlıq etdiyim sayt vastəsi ilə ölkə başçısına üzümü tuturam: -cənab İlham Əliyev, bes deyirdin jurnalistlər bu ölkədə dördüncü hakimiyyətdir? Budur sizin dördüncü hakimiyyət? Bəs deyirdiniz "prezident jurnalistlərin dostudur?" Budur dostluğunuz? Harınlamış korrupsioner məmurlar ölkədə qoçu dəstələri saxlayaraq lotuluq edir. Özünüz bütün çıxışlarınızda deyirsiz ki, Azərbaycan demokratik ölkədir. Budur sizin demokratıya?

Azerbaycanrealligi.com Informasiya Portalının analitik şöbə müdiri, araşdırmaçı jurnalist Vüqar Məmmədağayev sonda onu da qeyd etdi ki, tutduğu yoldan dönən deyil. Bütün həmkarlarını onun başına gətirilənlərə biganə qalmamağa çağırdı. Əks halda bu hadisə hər kəsin başına gələ bilər deyə vətəndaş cəmiyyətindən, siyasətçilərdən, jurnalistlərdən və blogerlərdən ona yardımçı olmağı xahiş elədi...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın