Jurnalistin evindən oğurluq olub

04, 11, 18
14:49

Jurnalistin evindən oğurluq olub



Azerbaycanrealligi.com xəbər verir ki, keçmiş siyasi məhbus  Gununsesi.org saytının təsisçisi və baş redaktor Pərviz Həşimlinin yeni mənzilində oğurluq hadisəsi baş verib. O, bu haqda özünün Facebook profilində məlumat paylaşıb. Jurnalistin hadisə ilə bağlı yazdığı sözügedən statusunu olduğu kimi təqdim edirik:

"Mənzilimdən oğurluq olub. Kompüterler, printerlər, suvenirlər,... Hələlik gözümə dəyənlər bunlardır. Qapıya açar salıb açmaq istəyəndə gördüm açıqdır. İçəriyə daxil olanda qarışıqlığı gördüm... Yeni mənzildir deyə ofisimə aid əşyaları, kompüterləri yığmışdım. Evdəki ehtiyat açarları da aparıblar. Polislər gəldi, baxıb izahat alıb getdilər. Gözləmək qalır bircə"

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın