"Ən yaxşı səs" müsabiqəsinə start verildi

Mədəniyyət
 1-05-2022, 10:30     3 834



Hörmətli qiraətçilər!

28 may Müstəqillik Gününə həsr edilmiş "Ən yaxşı səs" (şeir qiraəti) müsabiqəsi keçiriləcək. Müsabiqənin şərtləri:  

1. Müsabiqədə şair Elşad Baratın şəhidlər haqqında yazdığı şeirlər ilə iştirak etmək olar.  

2. Hər bir iştirakçı müsabiqəyə özünün seçdiyi bir şeirlə qoşula bilər.  

3. İştirakçı video şəklindəki ifasını və şəxsiyyət vəsiqəsinin foto-surətini aşağıda qeyd edilən elektron ünvana göndərməlidir.  

4. Müsabiqəyə qatılmaq üçün heç bir yaş və peşə  məhdudiyyəti yoxdur.  

Ünvan:  +994507982248 (votsap)

Müsabiqə materiallarının qəbul edildiyi son gün: 25 may 2022-ci il  

Elşad Baratın şəhidlər haqqında yazdığı şeirləri elshadbarat.az saytından və sosial şəbəkələrdən əldə edə bilərsiniz.  

I yer 300 (üç yüz) manat
 
II yer 200 (iki yüz) manat
 
II yer 100 (yüz) manat  

Qeyd: Qaliblərə "Ölümsüzlər" kitabı hədiyyə ediləcək və onlar Ölümsüzlər kitabının təqdimatlarına dəvətnamə qazanacaqlar.

 AZƏRBAYCANREALLIĞI.COM