Narkotiklə həbs edilən "bloger" Cəmil Quliyevin növbəti əməlləri: Xanım modeli şantaj edib - VİDEO

Mədəniyyət / Manşet
 19-04-2022, 09:00     4 656


"Azərbaycan Reallığı" xəbər verir ki, Narkotik vasitədən qeyri-qanuni istifadə etdiyinə görə həbs edilən bloger Cəmil Quliyevlə bağlı Yasamal Rayon prokuroluğuna intihara sövq etməyə dair şikayət ərizəsi ünvanlanıb. Belə ki, bu ilin 7 aprel tarixində Ağayeva Yeganə Yaşar qızı yaşadığı evdə məktub yazaraq müxtəlif növ dərmanlardan içərək  intihara cəhd etmişdir. Yaxınlarının sayıqlığı nəticəsində təcili tibbi yardım avtomobili ilə xəstəxanya aparılaraq orada həyatı xilas edilib.

Cəmil Quliyev

Qeyd edək ki, həkimlərin səyi nəticəsində Yeganə Ağayevanın mədəsindən əllidən artıq müxtəlif növ dərman çıxarılmışdır. Onu da bildirək ki, Yeganə Ağayeva intihara cəhd etməzdən öncə məktub yazaraq bloger Cəmil Quliyevin şantaj, böhtan və hədə-qorxularından bezərək intihar etməsini qeyd etmişdir.
Azərbaycanda şantaj olunan model ÖZÜNƏ QƏSD ETDİ: Məktubu tapıldı - ŞOK  İDDİA - FOTO
Yeganə Ağayeva

Əldə etdiyimiz məlumata görə Yeganə Ağayevanın vəkili bununla bağlı Baş Prokurorluğa və Yasamal rayon Prokurorluğuna cinayət məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq işin açılması ilə bağlı müraciət etmişdir.


AZƏRBAYCANREALLIĞI.COM