Anar: "Qurultay Şuşada olacaq, mən də namizəd"

06, 04, 22
18:00

Anar: "Qurultay Şuşada olacaq, mən də namizəd"


“Bu qurultayla bağlı fikirlərim müsbətdir".

Bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar bildirib.

O, Birliyin növbəti qurultayının Şuşada keçirilməsi niyyətini təsdiqləyib.

“Bu qurultayla bağlı fikirlərim müsbətdir. Əsas odur ki, Azərbaycan Yazıçılar Birliyinin qurultayı ilk dəfə işğaldan azad olunmuş Şuşada keçiriləcək.

Qurultayın iyul ayında keçirilməsi planlanlaşdırılır. Yenidən namizədliyimi verməyi düşünürəm”.

AYB sədrinin sözlərinə görə, qurultaya müxtəlif ölkələrdən və  bölgələrdən olan şairlər, yazıçılar dəvət ediləcəklər.

Xatırladaq ki, bir müddət əvvəl AYB-nin mətbuat katibi Xəyal Rza da qurumun qurultayının Şuşada keçiriləcəyini bildirmişdi. Lakin o, qurultayın 2022-ci ilin oktyabrında toplaşacağını açıqlamışdı. 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın