İranda müharibə əleyhinə klip: "Urus, sən qan tökənsən!.."

Mədəniyyət / Manşet
 3-04-2022, 14:00     4 524


Təbrizli sənətçilər Rəhim Bəqayi və Cəlal Taherian "Rus bəlası" adlı kliplə Ukraynaya dəstək veriblər.

"Azərbaycan Realığı" xəbər verir ki, "Urus sən qan tökənsən" sözləri ilə başlayan antimüharibə mahnısında Rusiyanın son 200 ildə hansı ölkələrə təcavüz etməsi sadalanır. Əfqanıstan, Suriya, Ukrayna ilə bərabər, mahnıda Kremlin göstərişi ilə 1990-cı ildə Bakıda və 1992-ci ildə Xocalıda törədilmiş qətliamda Rusiyanın birbaşa və dolayı iştirakına eyham vurulur.

Rəhim Bəqayi və Cəlal Taherianın Azərbaycan dilində olan "Rus bəlası" qısa zamanda sosial şəbəkələrdə trendə çevrilib.


AZƏRBAYCANREALLIĞI.COM