“Hökumətdən soruşun ki, niyə qapanmaya getmirsiniz?“ - Rəşid Mahmudov

18, 02, 22
18:00

“Hökumətdən soruşun ki, niyə qapanmaya getmirsiniz?“ - Rəşid Mahmudov


Son bir neçə gündə ölkədə yoluxma sayında ciddi artım müşahidə olunur. Statistika göstərir ki, yoluxanların sayı adətən 7 min nəfərdən çox olur. Bununla paralel olaraq, yoluxduğu halda ev şəraitində müalicə olunanlar da az deyil.

Maraqlısı odur ki, yoluxanların sayının sürətlə artmasına baxmayaraq, əhali arasında heç bir gərginlik müşahidə olunmur. Rəsmi qurumların açıqlamaları da göstərir ki, hər hansı məhdudiyyətlərin tətbiq olunması gözlənilmir. Hətta maarifləndirmə tədbirləri də əvvəlki qədər genişmiqyaslı deyil. Belə demək olarsa, insanlar taleyin ümidinə buraxılıb.

Vəziyyət daha da təhlükəli xarakter ala bilərmi? Çıxış yolu nədir?

Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov açıqlamasında deyib ki, qapanmaya ehtiyac yoxdur:

“Bu koronavirusun ən zəif formasıdır. Adi qrip kimidir. Çox adam evdə müalicə alır. Yoluxanlar çoxdur. Ona görə də demək olar ki, ölüm halları da azalıb. Bu səbəbdən qapanmaya ehtiyac yoxdur”.

R.Mahmudov qeyd edib ki, virusun bu növü zəif olduğuna görə, insanlar o qədər  ciddi yanaşmırlar:

“Əvvəlki epidemiya çox qorxulu idi. Bu isə yüngüldür. Müəyyən qədər insan vaksin vurdurub. Bu, virusun zəif formasıdır. Qorxulu deyil. Ona görə ciddi yanaşılmır. Qrip kimi bir şeydir. Demək olar ki, hər kəs yoluxub. Hələlik hər hansı məhdudiyyətə ehtiyac yoxdur. Bir də ki, qapanmalarla bağlı qərarı hökumət verir. Hökumətdən soruşun ki, niyə qapanmaya getmirsiniz? Mən bunu bilə bilmərəm”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın