Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“

05, 01, 22
18:00

Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“


Fəvvarələr Meydanında yaşlı kinin ayı qiyafəsində çəkilmiş fotosu sosial şəbəkələrdə ajiotaj doğurub.

Tanınmış şairə, aparıcı Nazilə Səfərli də məsələyə səssiz qalmayıb.

“İnstagram” hesabında fotonu paylaşan Səfərli millət vəkillərinə səslənib:

“Atam bir dəfə dedi ki, uşağımı böyütmək üçün tualet də yuyaram, təki namusuma söz gəlməsin. İndi bu dayını gördüm, o söz yadıma düşdü. Bir balasına halal çörək vermək üçün yüz balaya “ayılıq” edən ata…

Bu sözümə görə bütün aktyorlardan üzr istəyirəm. Obrazın, rolun pisi-yaxşısı olmur. Bir insanın peşəsi aktyorluq, animatorluq, fərq etməz lap artistlik olsun, heç bir ata həyat şərtləri onu məcbur etməsə, bu ahıl yaşında ayı cildinə könüllü girməz… Təqaüd yaşı ölüm yaşı ilə az qala başa-başdır. Hörmətli millət vəkilləri, belə insanların problemini siz gündəmə gətirməlisiniz…” 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın