“Mənim haqqımda danışırlar ki, guya...“ - Yaşar Nurinin qızı: “Ömrüm boyu bunu etmərəm“

06, 12, 21
20:00

“Mənim haqqımda danışırlar ki, guya...“ - Yaşar Nurinin qızı: “Ömrüm boyu bunu etmərəm“


Artıq məşhur şəxslərin sosial şəbəkə hesablarından dərman və qida əlavələrini reklam etmələri cəmiyyətdə birmənalı qarşılanmır. Onlar çoxsaylı izləyicisi olan “İnstagram” səhifəsində insanlara dərmanlarla bağlı tövsiyələr verir. 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev buna etiraz edib, o qeyd edib ki, müğənninin reklam edəcəyi şey dərman deyil,  onun səsi və sənətidir.

Mövzu ilə bağlı danışan müğənni Ülkər Yaşarqızı qeyd edib ki, arıqlama dərmanlarının həm qəbulunun həm də reklamının əleyhinədir:

“Mən, ümumiyyətlə, arıqlamaq istəyən insanların hər hansı dərman qəbul etməsinin əleyhinəyəm. Hər zaman düşünmüşəm ki, əgər bir insan arıqlamaq istəyirsə, müəyyən qədər əziyyət çəkməlidir. Çünki rahat yolla arıqlayırsansa, onun mütləq ziyanı var. Bu ziyan qaçılmazdır. Ən gözəl arıqlamaq vasitəsi idman və düzgün pəhrizdir. Elə artıqçəkili insanlar var ki, gözəl bədən quruluşuna sahib olmaq istəyirlər və buna görə əməliyyatlara girirlər. Bu da onların seçimi və şəxsi fikridir. Amma dərmanın qəti əleyhinəyəm. Arıqlama dərmanının reklam təklifi belə gəlsə, mən onu reklam eləmərəm. Çünki özümə rəva bilmədiyimi insanlara da rəva bilmərəm”.


İfaçı haqqında yayılan bədən şəkilləndirməsi iddialarına da cavab verib. O, bunun doğru olmadığını deyib:

“Arıqlamaq üçün yürüyüş etmək, idmanla məşğul olmaq, rəqsə getmək lazımdır. Arıqlamaq istəyirsənsə, əziyyət çəkmək lazımdır. Arıqlama dərmanını özüm həyatı boyu içmərəm, heç kimə də rəva bilmirəm, həmin dərmanların əks təsiri çoxdur. Bir dərman  ki, sənin bütün iştahını kəsir, deməli onun fəsadı var. Obna görə də əngözəl vasitə təbii yolla arıqlamaqdır.

Bəzən mənə deyirlər ki, bədən şəkilləndirməsi etmisiniz. Xeyr, mən idman edirəm, əziyyət çəkirəm, işdən sonra yorğun da olsam, ayaqla gəzirəm. Hər kəsə də tövsiyyə edirəm ki, dərmandan uzaq olsunlar, sağlam qidalansınlar, idman etsinlər və istədikləri çəkiyə düşsünlər”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın