Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

19, 09, 21
16:30

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu


Yeni növ koronavirusa (COVİD-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində müsbət dəyişiklik yoxdur.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə APA-ya müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, süni tənəffüs aparatına qoşulan müğənninin vəziyyəti ağırdır:

"Hələ ki, Səyyad bəyin səhhətində heç bir müsbət dəyişiklik yoxdur. Vəziyyəti ağır olaraq qalır. Həkimlər əllərindən gələni edir".

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir neçə gün öncə Mərkəzi Gömrük hospitalına yerləşdirilib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın