“Səidə Sultan burnunu dövlətin işinə soxmasın!” - Müğənnidən həmkarına acı sözlər


Müğənni Səidə Sultanın vaksinasiyanın insanları zombiləşdirdiyinə dair açıqlaması böyük səs-küyə səbəb olub. Təkcə musiqisevərlər deyil, həmkarları da COVId-19 əleyhinə peyvəndə qarşı üsyan qaldırmış müğənnini topa tutub.

Mövzu ilə bağlı danışan Əməkdar artist Vasif Məhərrəmli də Səidə Sultanın tənqidçilərindən biridir və bu tip fikirlərə inanmadığını deyib:

“Bu fikirləri yaymaqda məqsəd nədir? Yəni insanları öldürməyə çalışırlar? Öldürməyə qalsa, bunun üçün əldə min cür üsul var. Mən belə sözlərə, deyilən utopik fərziyyələrə inanmıram. Özüm 2 dəfə vaksin olunmuşam, lazım gələrsə, üçününü də vurduracağam. İnsanları maarifləndirmək lazımdır".

Vasif Məhərrəmlinin fikrincə, pandemiya barədə peşəkarlar danışmalıdır.

"Bəzi tibb işçiləri, bu sahədə çalışan, amma tibbdən bixəbər adadmlar, yaxud sahədən və bu mövzudan uzaq kəslər burnunu bu işə soxur. Dövlətin vaksinasiya ilə bağlı siyasətinə mane olurlar”, - deyə müğənni Səidə Sultanı hədəfə alıb.

Sənətçi vaksinasiyanın məcburi olmasının vacibliyini qeyd edib:

“Çıxıb deyirlər ki, vaksinasiya könüllü olmalıdır. Xeyr! Könüllü olsa, heç kəs gedib vaksin vurdurmayacaq. Bu iş məcburi şəkildə olmalıdır. Məncə, bu virusdan tezliklə canımızı qurtarmalıyıq. Güman edirəm ki, çıxış yolu yalnız və yalnız peyvənddir. Son vaxtlar statistikadan da aydın görünür ki, virusdan ölənlərin 99 faizi peyvənd olunmayanlardır. Yəni hansısa naxələfin, şərəfsizin, saxta COVİD pasportu verənlərin bəlasına keçənlərdir”.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham

“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham

  • 13 okt, 22:00
“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham
Lalə Azərtaş yeni verilişlə geri döndü

Lalə Azərtaş yeni verilişlə geri döndü

  • 11 okt, 22:00
Lalə Azərtaş yeni verilişlə geri döndü 
“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova

“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova

  • 30 sen, 21:00
“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

  • 19 sen, 16:30
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar