“İnsanlar təlaş içindədir, qorxurlar ki, yenidən qapanma olacaq“ - Xuraman Şuşalı

28, 07, 21
16:30

“İnsanlar təlaş içindədir, qorxurlar ki, yenidən qapanma olacaq“ - Xuraman Şuşalı


“Əlbəttə, əvvəlki toylarla indiki toylar arasında fərq gözəçarpacaq dərəcədədir”.

Bu sözləri müğənni Xuraman Şuşalı deyib.

O, karantindən sonra iştirak etdiyi məclislərlə əvvəlkilər arasında xeyli fərq olduğunu bildirib:

“Əvvəlki məclislərlə indikilər arasında fərq çoxdur. Getdiyim məclislərdə baxıram ki, 150 nəfərdən artıq adam üçün süfrə açmırlar, ev yiyəsinin tələblərindən imtina edirlər. Şadlıq sarayları da mümkün qədər qoyulan qaydalara riayət edirlər, gərək haqqı deyəsən. Bütün məhdudiyyətlərə baxmayaraq, toyların keçirilməsinə icazə verilməsi çox gözəl qərar oldu, İnşallah, belə də davam edər, yenidən qapanmaya getmərik. Çünki gənclər evlənməlidir, analar gözəl övladlar, oğullar yetişdirməlidir. Bir ölkənin ki, düşməni var, o ölkəyə mütləq igid, sağlam oğullar gərəklidir. Təki toy olsun, hamı gəlinliklə, vağzalı ilə, xeyir dua ilə yar evinə köçər. Heç kim qorxa-qorxa, gizli-gizli toy eləməz, rahat məclisimizi keçirərik”.
Xanım sənətçi vətəndaşların yenidən qapanmaya gediləcəyi qənaətində olduğu üçün ardıcıl toy etdiyini qeyd edib:

“Toyların sayında azalma yoxdur. Əksinə, insanlar təlaş içindədir, qorxurlar ki, yenidən qapanma olasun və məclisləri təxirə düşsün. Ona görə bir az plansız toylar olur. Məsələn, zəng edirlər ki, “Filan gün boşsunuz? Qorxuruq ki, birdən Məhərrəm ayından sonra qapanma olar, gəlin”. Belə şeylər olur. Bəzən isə elə toy yiyələri olur ki, onun qohum-əqrəbaları çox olur deyə toyu iki yerə bölüb elə keçirirlər. Allah hamıya ruzi yetirsin, təki kəbinlə, dövlət qanunu ilə keçirilən toylar çox olsun, evlənənlərin sayı artsın”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın