Arif Quliyevin ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

27, 04, 21
12:30

Arif Quliyevin ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA


Azərbaycanın Xalq artisti Arif Quliyevin koronavirusdan vəfat etdiyi barədə məlumatlar yayılıb.

Azerbaycanrealligi.com xəbər verir ki, sosial şəbəkələrdə “Yeni Klinika”da müalicə olunan aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib.

Hətta Xalq artistinin ölümü ilə əlaqədar tanınmış simalar da sosial şəbəkələrdə başsağlığı veriblər.

Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə post paylaşaraq Arif Quliyevin ailəsinə başsağlığı verib.

Deyilənlərə aydınlıq gətirmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əlaqə saxladıq. TƏBİB-dən bildirildi ki, məlumatlar həqiqəti əks etdirmir. Xalq artısti vəfat etməyib.

Qeyd edək ki, A. Quliyev bir neçə gün bundan əvvəl koronavirusa yoluxub. Onun vəziyyətinin ağırlaşdığı və “Yeni Klinika”ya yerləşdirildiyi bildirilmişdi. Onu 6 gün bundan əvvəl xəstəxanada süni tənəffüs aparatına qoşublar. (Musavat.com)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın