Baloğlan Əşrəfov sərt rejimdə dəfn edildi - FOTO

27, 04, 21
11:30

Baloğlan Əşrəfov sərt rejimdə dəfn edildi - FOTO


Əməkdar artist Baloğlan Əşrəfov Masallının Bədəlan kəndində dəfn edilib.

Azerbaycanrealligi.com xəbər verir ki, müğənni bu dəqiqələrdə torpağa tapşırılıb. Dünən, aprelin 26-da axşam saatlarında koronavirusdan dünyasını dəyişən Respublikanın Əməkdar Artisti Baloğlan Əşrəfovun cənazəsi xüsusi Təcili Yardım maşını ilə səhər saatlarında doğma kəndi Bədəlana gətirilib.

Cənazə birbaşa qəbiristanlığa gətirilib. B.Əşrəfovla son vida görüşünə gələnlər qəbiristanlıqdan kənarda dayanıb. Hələlik bir neçə sənət yoldaşı – Əlikram Bayramov, Yusif Mustafayev və Cavad Rəcəbov qəbiristanlıqdadır.

Pandemiya qaydalarına sərt şəkildə əməl olunur.

Lent.az bildirir ki, dəfn mərasimindən çəkilişə qadağa var. Ərazidə polislərin olduğu qeyd olunur. Hətta karantin şərtlərinə görə, müğənniləri də vidalaşmaq üçün yaxına getməyə icazə vermirlər. Telefonla nəsə çəkmək istəyənlərə də icazə verilməyib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın