yuxarı
Bakıda daha bir uşaq faciəvi şəkildə öldü
16, 06, 25
09:30
Bakıda daha bir uşaq faciəvi şəkildə öldü
Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəsi baş verib.
"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə iyunun 14-ü gecə saat 01 radələrində Təbriz küçəsi 55 ünvanında yerləşən 9 mərtəbəli binada qeydə alınıb.
Həmin binanın 8-ci mərtəbəsindəki mənzildə yaşayan 2021-ci il təvəllüdlü Ayşə Samir qızı Süleymanova evin eyvanından yerə yıxılıb. Azyaşlı hadisə yerində vəfat edib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonunda 8 yaşlı oğlan uşağı da 8-ci mərtəbədən yıxılaraq həyatını itirmişdi.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək