Fədayə Laçın: Manaf kişi oğlu kişidir. Dar günün dostudur!

06, 02, 21
15:00

Fədayə Laçın: Manaf kişi oğlu kişidir. Dar günün dostudur!


Müğənni Fədayə Laçın ilə həmkarı Manaf Ağayev arasında anlaşılmazlıq yaranıb.

Azerbaycanrealligi.com xəbər verir ki, buna səbəb Manaf Ağayevin Dalğa televiziyasında "Fədayə Laçın həbsdə olanda iki il ərzində ailəsinə kömək etdim. Dostlarımdan da pul yığdım. Bütün günü sosial şəbəkədə canlı yayımda oturur və millət məni qınayanda deyə bilməzdi ki, belə şeylərə fikir vermə, hamı səni tanıyır", - deyə bildirməsi olub.

Müğənni Fədayə Laçın İnstaqramda prodüser Tarix Əliyevin sözügedən paylaşımına rəy yazaraq Manaf Ağayevə cavab verib:

"Onun haqqında hər zaman yaxşı fikirdə olmuşam. Həmişə də deyirəm ki, Manaf kişi oğlu kişidir. Dar günün dostudur. Bunu sosial şəbəkələrdə deməliyəm? Həm də ay Manaf, o aralar səni qınayanlar, elə məni də qınayır".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın