Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu

05, 03, 19
09:35

Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu

Nəsimi İli ilə bağlı şeir müsabiqəsi elan olunub. Bu barədə Azerbaycanrealligi.com saytı məlumat yayıb. Saytın baş redaktoru Dəyanət Babayev bildirib ki, bildiyiniz kimi bu il Nəsimi ili elan olunub. Biz də istədik ki, öz gücümüzdə Nəsiminin xatirəsinə bir şeir müsabiqəsi təşkil edək. Belə ki, müsabiqədə yaşı 18-35 olan hər kəs iştirak edə bilər. Bunun üçün bizim vatsap nömrəmizə Nəsimi haqqında bir şeir və şəxsiytət vəsiqənizin surətini görəndərərək müsabiqədə iştirak edə bilərsiz.

Azerbaycanrealligi.com olaraq müsabiqənin qalibinə Nəsiminin bütün yaradıcılığını əhatə edən kitablar və 100 manat hədiyyə olunacaq. Eyni zamanda ilk üç yeri tutan şəxslər saytımızın "fəxri jurnalisti" adını qazanacaq.

Baş redaktor həmçinin qeyd edib ki, müsabiqədə iştirak edən şeirlər anonim olaraq ölkənin tanınmış şairləri tərəfindən qiymətləndiriləcək. Müsabiqə bu ilin may ayının 10-da yekunlaşacaq və qaliblər mükafatlandırılacaq.

Əlaqə nömrəsi Vatsap: 0504475248

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın