sitename

"Azərbaycanın polisləri Avropa polislərinə nümunədir" adlı tədbir keçirilib - FOTOLAR


“Dövlət və Qanun” qəzetinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, hüquq eksperti İsmayıl Zalovun təşəbbüsü ilə 15 yanvar 2019-cu il, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşları Avropa polisinə nümunədir!” adlı tədbir keçirildi.

Azerbaycanrealligi.com xəbər verir ki, Beynəlxalq İnsan Hüquqları Müdafiə Təşkilatının Hüquq eksperti İsmayıl Zalov gündəlik həyatımızı səciyyələndirən aktual mövzulara həmişə özünün xüsusi əhəmiyyətli fikirlərini bildirir. Özünü “DEMOKRAT” adlandıran ölkələr bu gün Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin və Azərbaycan polisinin imicinə xələl gətirən çıxışlar edirlər. Hüquq eksperti İsmayıl Zalovun ona verilən hüquqlardan istifadə edərək, bir sıra Avropa ölkələrində apardığı müşahidələr zamanı aldığı təəssüratları belə izah edir:  

Buna misal olaraq, Avropada və ya Avropanın siyasi mərkəzi sayılan Fransa kimi dırnaqarası demokratik ölkəsində sarı jiletlilərə və ya insanlara yerli polisin necə divan tutması və bunun əksi olan, ölkəmizdəki kiçik asayiş pozuntularında Azərbaycan polisinin insanlara xoş münasibətlər çərçivəsində, sivil qaydalarla asayişi bərpa etməsi barədə ətraflı fikir söylədi.

İsmayıl Zalov Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının, xüsusilə Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubovun təqdirəlayiq rəhbərliyi altında Azərbaycan polisinin ölkəmizdə ictimai asayişin sabit olmasında nümunəvi xidmətləri olduğunu vurğuladı. Onun ölkəmizin polis orqanları sistemində keçirdiyi mütəmadi islahatlar sayəsində Azərbaycan polisinin Avropa ölkələrindəki polis sisteminə, hətta nümunə sayıla biləcək dərəcədə daha sivil və demokratik qaydalara – qaz balonlarından, rezin güllələrdən, rezin dəyənəklərdən və insan sağlamlığına zərər verən digər vasitələrdən istifadəsinin mümkünsüz olması barədə fikirlərini söylədi.

Hüquq eksperti İsmayıl Zalov xalqımızı müxalifətin heç bir fitnə-fəsadına uymamağa və ölkə prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səslədi. Belə tədbirlərin keçirilməsi ölkə gənclərinin düzgün istiqamətləndirilməsinə xidmət edəcəkdir. deyə O sonda qeyd edib.



Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 598
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 142
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 353
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 726
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar