Iqtisadçı-ekspert Qadir İbrahimli: Anar sevdiyim sənətçi deyildi öz ömrünü yaşayıb ölüb!

05, 08, 18
14:25

Iqtisadçı-ekspert Qadir İbrahimli: Anar sevdiyim sənətçi deyildi öz ömrünü yaşayıb ölüb!


Xəbər verdiyimiz kimi məşur reper Anar Nağılbaz dünən axşam saatlarında dünyasını dəyişib.

Azerbaycanrealligi.com Bizimyol.info-ya isitnadən xəbər verir ki, reperin ölümü ciddi müzakirələrə səbəb olub. Belə ki, bir qism insan repertin ölümündə hamının günahkar olduğunu, cəmiyyətin onu ölümə sürüklədiyini yazıb. Bu isə iqtisadçı-ekspert Qadir İbrahimlini özündən çıxardıb.

O öz şəxsi səhifəsində məsələ ilə bağlı münasibət bildirərkən reperin ölümündə məsuliyyət daşımadığını bildirib: "Anar Nağılbaz dünyasını dəyişib, Allah rəhmət eləsin. Ancaq yazırlar ki, Anarı bu cəmiyyət öldürdü-filan… Rep-zad həvəskərarı deyiləm. Anar da sevdiyim sənətçi deyil. Ancaq niyə cəmiyyət günahkar çıxardırlar? Adam öz ömrünü yaşayıb və ölüb! Şəxsən mən heç kimin ölümünə məsuliyyət daşımıram, sabah mən ölsəm də (yəni öldürməsələr) heç kim məsuliyyət daşımayacaq, pafos düyməsindən az istifadə edin!
Bir daha Allah rəhmət eləsin!”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın