Ermənistan ordusunun 2018-ci ilin iyun ayına olan itkiləri – CƏDVƏL

02, 08, 18
15:43

Ermənistan ordusunun 2018-ci ilin iyun ayına olan itkiləri – CƏDVƏL

2018/08/photo_14164123123_1514704987_3066419410.jpg
Ermənistan ordusunun 2018-ci ilin iyun ayına olan itkiləri açıqlanıb. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyun ayı ərzində Ermənistanın işğal altında olan Qarabağdakı qanunsuz “hərbi birləşmə”si də daxil olmaqla, orduda baş verən itkilər barədə məlumat yayılıb.

Qeyd olunur ki, iyun ayı ərzində 3 ölüm faktı baş verib və onlardan 1 fakt döyüş itkisidir. Redaksiyamızın iyun ayı üçün təqdim etdiyi hesabatına    görə isə Ermənistan ordusunda 4 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-i təxribat, 1-i güllələnmə, 1-i xəstəlik, 1-i isə naməlum səbəblərdən baş verib. 

Döyüş itkiləri:

- 10 iyunda saat 18:00 radələrində, işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən müqaviləli erməni hərbi qulluqçu, 1992-ci il təvəllüdlü Vahaqn Zonikoviç Eloyan məhv edilib. 

Qeyri-döyüş itkiləri:

- 22 iyunda Ermənistandakı hərbi hissənin döyüş mövqelərindən birində müqaviləli hərbi qulluqçu Hovhanes Melkonyan odlu silah yarasından ölüb. Bölük komandirinin müavininə qarşı ittiham irəli sürülüb; 

- 29 iyunda işğal altında olan Qarabağın mərkəzi istiqamətindəki düşmən bölmələrindən birinin müqaviləli hərbi qulluqçusu Armen Şahmaroviç Atanesyan xəstəlik səbəbindən ölüb. 

Qeyd: İyunun 3-də axşam saat 18.30-radələrində ön xətt bölmələrindən birində erməni əsgərin meyiti aşkar edilib. Hədisənin gizlədilməsinə və rəsmi açıqlama verilməsinə baxmayaraq, əsgərin ölüsünün aparıldığı xəstəxanadan adının çıkilməsini istəməyən əməkdaş bildirib ki, əsgərin cəsədi axşam saatlarında təcili yardım maşını ilə daxil olub və tibbi ekspertizadan keçirilib. Onun odlu silahla atəşdən öldüyü məlum olub. Naməlum şəkildə ölən və cəsədi səngərdə aşkar edilən hərbi qulluqçunun, 5-ci dağ atıcı alayın əsgəri Vrej Malyamik olduğu məlumdur.

Yayılan məlumatda bildirilir ki, ümumən 2018-ci ilin yanvar–iyun ayları ərzində Ermənistan ordusunun 24 hərbi qulluqçusu ölüb. 


Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə Ermənistan silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, Ermənistan hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın