Qarabağda dəhşətli MÜHARİBƏ BAŞLAYIR: Paşinyanın sonu, Koçaryanın... - Rusiya mediası SİRLƏRİ AÇDI

30, 07, 18
17:53

Qarabağda dəhşətli MÜHARİBƏ BAŞLAYIR: Paşinyanın sonu, Koçaryanın... - Rusiya mediası SİRLƏRİ AÇDI

İstənilən ölkədə keçmiş prezidentin həbsi tarixi hadisədir, xüsusilə keçmiş sabiq dövlət başçısı korrupsiya ilə deyil, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhdlə ittiham olunursa. Ermənistanda keçmiş prezident Robert Koçaryanın 2008-ci il 1 mart hasdisələrinə görə məhkəmə qarşısına çıxarılması və onun haqqında konstitusiya quruluşlunun devrilməsi ittihamı ilə iki ay həbs qətimkanı seçilməsi görünməmiş hadisə olaraq dəyərləndirilir.

Publika.az
xəbər verir ki, Ermənistanın Xüsusi İstintaq Komitəsi (SSS) 26 iyulda Koçaryana qarşı Cinayət Məcəlləsinin 300.1-ci maddəsi üzrə (konstitusiya quruluşunun devrilməsi) ittihamı irəli sürdü. Koçaryanla birlikdə 2008-ci ildə Ermənistanın yüksək hərbi komandanlıqları və baş qərargah rəisi postunu tutmuş şəxslər də məhkəmə qarşısına çıxarıldı. Hətta iş o yerə çatdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsini icra edən erməni general Yuri Xaçaturov da məhkəməyə gətirildi. Xaçaturov 2008-ci ildə müdafiə nazirinin müavini işləyirdi. Həmin vaxt müdafiə naziri olan Serj Sarkisyan prezident seçiləndən sonra Xaçaturova baş qərargah rəisi vəzifəsini həvalə etdi. 2016-cı il “aprel müharibəsi”ndən sonra isə tutduğu vəzifədən azad edildi və KTMT-yə katib göndərildi. Xaçaturov iyulun 28-də gecəyarısı 5 milyon dram (təxminən 10 min dollar) girov qarşılığında azad edildi. Görünür, İrəvan KTMT-nin işini iflic etməyə cürət etmədi, hərçənd, Ermənistan tərəfi Xaçaturovun vəzifəsinə baxılması təklifini KTMT üzvlərinə təqdim edib.

Ermənistan mediası yazır ki, baş nazir Nikol Paşinyan əslində şəxsi qisas alır. Çünki 2008-ci il 1 martda gülləboran edilən və insanların ölməsi ilə nəticələnən kütləvi nümayişdən bir gün sonra – martın 2-də Paşinyan hüquq-mühafizə orqanları tərəfindən axtarışda idi. 2009-cu ildə o könüllü şəkildə polisə təslim olundu və 2010-cu ildə 7 il müddətində azadlıqdan məhrum olundu. Lakin 2011-ci ildə amnistiya ilə azadlığa çıxdı.

Lakin Koçaryan işinə təkcə Paşinyanın şəxsi qisası kimi də baxılmır. İddialar var ki, bu xaricdən sifariş edilmiş prosesdir, hətta prosesin arxasında Corc Sorosun dayandığına dair ehtimallar da irəli sürülür.

Rusiyanın erməniyönümlü “eadaily” saytı yazır ki, Ermənistanda ictimaiyyət Koçaryana ilıq münasibət sərgiləmir, lakin onun dövründə mühüm postlara təyin edilmiş şəxslər sabiq prezidentin əsas müdafiəçiləridir.

“Hətta Serj Sarkisyan prezident seçiləndən sonra uzun müddət “Koçaryanın kadrı” olaraq qəbul edilib. Ermənistanda “Koçaryan onilliyi” deyilən (1998-2008) dövr mövcuddur. Həmin dövrdə Koçaryan Azərbaycanla müharibə apara-apara ölkənin iqtisadi inkişafına və müəyyən sabitliyə nail olmuşdu. Ölkənin siyasi bürokratiyası buna görə Koçaryana həmişə minnətdarlıq edib. Hesab olunur ki, Koçryan Sarkisyandan daha qətiyyətli lider olub. Ehtimallar var ki, hakimiyyətdə Koçaryan qalsaydı, Paşinyan “məxməri inqilabı” həyata keçirə bilməzdi”, - sayt yazır.

Həbs olunan Koçaryanın ona qarşı irəli sürülmüş ittihama münasibəti də diqqət çəkir. Keçmiş prezident iddia edir ki, onun həbsi əslində Ermənistan siyasətinə qayıdışının qarşısını almaqdır. Həmçinin o, “Mənim həbsim Azərbaycana hədiyyədir” deyə bildirir.

Ermənistanda növbədənkənar partlament seçkiləri gələn ilin may ayına qədər keçiriləcək. Hazırkı hakimiyyətin elektoratı daha çoxdur və böyük ehtimalla Paşinyan seçkidə tam qələbə ilə iqtidarın bütün iplərini əlində toplaya biləcək.

Lakin “eadaily” saytı iddia edir ki, Koçaryanın həbsi Paşinyan üçün çətin dövr vəd edir.

“Ermənistan Azərbaycanla yeni genişmiqyaslı eskalasiyanın kandarındadır. Erməni hərbiçilər cəbhə xəttində indiyə qədər görünməmiş sakitlik olduğunu deyirlər. Lakin bu aldadıcıdır. Ermənistanda sabiq prezidentin “konstitusiya quruluşunun devrilməsi” ittihamı ilə həbsi Bakıya dəqiq siqnaldır ki, onun rəqibi qeyri-stabil vəziyyətdədir. Əgər Bakı Rusiyanın Paşinyana mənfi münasibətindən istifadə etmək istəsə, Ermənistan ağır zərbələrlə üzləşəcək”, - deyə sayt iddia edir.

Məqalədə diqqət çəkən məqamlardan biri İrəvanda yeni hakimiyyətin Qarabağla bağlı üzləşdiyi məqamdır.

Sayt yazır ki, Qarabağda yeni müharibənin erməni cəmiyyətini birləşdirəcəyi hesab olunur: “Lakin “məxməri inqilab”dan sonra erməni cəmiyyətinin Qarabağa münasibəti ətrafında vəziyyət dəyişdi. Paşinyan Olimpə çıxmamışdan öncə Ermənistanın siyasi elitasında Koçaryan və Sarkisyanın Qarabağın qoruyucusu hesab olunurdu. Qarabağ amili Koçaryan və Sarkisyan üçün də hakimiyyətin mənbəyi olub. Qarabağdan gəlmə olan bu şəxslər hakimiyyəti saxlamaq üçün bu amildən istifadə etsələr də, onların varlığının Qarabağın Ermənistanda qalmasına imkan verdiyi haqda da rəy mövcud idi. Paşinyanın gəlişi ilə bu amil siyasi vektorunu dəyişdirdi. Bu, onu göstərir ki, İrəvanda mövqeləri zəifləyən “Qarabağ klanı” Azərbaycanla müharibənin yenilənməsinə hakimiyyət Olimpinə qayıdış kimi baxırlar. Bu baxımdan, Koçaryanın həbsi Ermənistanda “əksinqilabi” proseslərin işə salınmasına siqnal ola bilər. Bununla yanaşı, Qarabağda yeni müharibənin ilkin mərhələsində Paşinyanın uğursuzluğu onun daxili rəqiblərinin marağında ola bilər”.

Görünür, İrəvanda daxili vəziyyət olduqca qarışıqdır. 20 il hakimiyyətdə olan “Qarabağ klanı”nın siyasi kuluarlarda tərəfdarları kifayət qədərdir və onların lazımi şəraitdə klanın hakimiyyətə qayıdışını təmin edəcək addım atması ehtimalı yüksəkdir. Paşinyanın siyasi Olimpdən uçuruma endirilməsinin yeganə yolu isə onun Qarabağ müharibəsində məğlubiyyətindən keçir. Ehtimal ki, Qarabağda mümkün müharibədə ermənilər daxili cəbhədə də döyüşməsi olacaqlar.

Asif

Bizimlə əlaqə saxlayın