Ucar rayonunda “Azəriqaz” işçiləri ayağa qalxdı: "Baş mühəndis məni və ailəmi təhqir etdi" - VİDEO

18, 03, 23
16:00

Ucar rayonunda “Azəriqaz” işçiləri ayağa qalxdı: "Baş mühəndis məni və ailəmi təhqir etdi" - VİDEO


“Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsi rəhbərliyinin özbaşınalığından dəfələrlə yazmışıq. Amma görünən odur ki, "Azəriqaz" rəhbərliyinin bu barədə susqunluğunu açıq HİMAYƏ kimi qəbul edən yerdəki məmurlar özlərini göydəki Allah bilib özbaşınalıqlarını daha da irəli aparıblıar. 

Bu da nəticəsi. Vəziyyət o həddədir ki, bu dəfə sözügedən idarədən sıravi vətəndaşlar, "Azəriqaz" abonetləri yox, elə həmin idarənin öz çalışanları giley edir. 

“Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsinin işçisi Məmmədov İlkin Vidadi oğlu bildirir ki, həmin idarənin Baş mühəndisi Zaur Məmmədov onu və ailə üzvlərini açıq şəkildə təhqir edib və bununla yetinməyərək, təhqir etdiyi işçinin qovulmasına da nail olub. 

Bununla əlaqədar sözügedən idarənin əməkdaşları etiraza qalxaraq bu haqsızlığın durdurulması üçün "Azəriqaz" rəhbərliyi qarşısında tələblərini irəli sürüblər və işi dayandırdıqlarını bəyan ediblər. 


Məsələ diqqətimizdədir. Bütün əlaqədar qurum vəşəxsləri dinləməyə hazırıq

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın