Polis polkovnik Nəzər Əsgərov: “Ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtması çox çətindir

17, 03, 23
12:00

Polis polkovnik Nəzər Əsgərov: “Ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtması çox çətindir


Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 7 saylı  tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən və Qohumlar arasında nikahların mənfi nəticələri” mövzularında maarifləndirici görüş keçirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Görüşdə polis şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. O, bildirib ki, “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtması çox çətindir.

Narkomaniya tək ölkəmiz üçün deyil, artıq bütün dünya üçün təhlükə mənbəyinə çevrilib və onun qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür.

Daha sonra digər mövzu ətrafında çıxış edən tədbir iştirakçıları məktəblilərə dəyərli tövsiyələr verərək onları maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda narkotiklərin fəsadlarından bəhs edən film nümayiş etdirilib.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın