Rəhim Qazıyev Məryəm Həsənovanın ruhundan üzr istədi: "Sizdən baş əyib əfv diləyirəm".

30, 07, 18
11:23

Rəhim Qazıyev Məryəm Həsənovanın ruhundan üzr istədi: "Sizdən baş əyib əfv diləyirəm".

“MƏRYƏM ANA, MÜBARƏK RUHUNUZUN QARŞISINDA DİZ ÇÖKÜB ÜZR İSTƏYİR, BAŞ ƏYİB ƏFV DİLƏYİRƏM!!! AZƏRBAYCAN XALQININ ANALIQ, XANIMLIQ, NƏCİBLİK, ƏXLAQ, MƏNƏVİYYAT SİMVOLU OLAN, SÖZÜN ƏSL MƏNASINDA, GƏNC NƏSİLLƏRƏ VƏ MƏXSUSƏN DƏ QIZ BALALARIMIZA ÖRNƏK GÖSTƏRİLƏ BİLƏCƏK MÖHTƏRƏM MƏRYƏM XANIMI İTİRDİK.

Mən Məryəm xanımı 1991-ci ilin fevralından tanımışam. Xalqımızın çağdaş tarixində və istiqlal savaşı illərində bu möhtərəm xanım əqidəsi, qətiyyəti və prinsipiallığı, demokratik dəyərlərə və ənənələrə sarsılmaz sədaqəti ilə hamımızdan yüksəkdə durdu və bu qürurunu, əyilməzliyini və nəcibliyini ömrünün son anına kimi, çəkdiyi məşəqqətlərə, maddi-mənəvi sıxıntı və əziyyətlərə baxmayaraq hamımızın həsəd aparacağı mərdlik və mətanətlə qoruyub saxladı. Möhtərəm Məryəm Ana, Məryəm bacı, Sizə layiq, Sizin umduğunuz, görmək istədiyiniz mübarizə yoldaşı ola bilmədiyim üçün, Mübarək Ruhunuz qarşısında diz çöküb üzr istəyir, baş əyib əfv diləyirəm, mümkünsə, bağışlayın.

Uca Allahdan Sizə rəhmət diləyirəm. Əziz, Mübarək Ruhunuz şad, məkanınız cənnət olsun, AMİN!!!"

Sonsuz sayğı və səmimiyyətlə: Rəhim Qazıyev 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın